Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Monteneqronun keçmiş müdafiə naziri həbs edilib

Monteneqronun keçmiş müdafiə naziri həbs edilib

06.10.2025 [19:30]

Monteneqronun keçmiş müdafiə naziri və Sosialistlərin Demokrat Partiyasının sabiq deputatı Predraq Boşkoviç həbs olunub.

AZƏRTAC xəbər verir ki, Predraq Boşkoviç prokurorluğun qərarı ilə Podqoritsa hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

O, iş adamı Aleksandar Miyayloviçə qarşı aparılan istintaq çərçivəsində həbs edilib. Onunla yanaşı, keçmiş 3 polis əməkdaşı və bir prokuror saxlanılıb. Onların əmlaklarına həbs qoyulması barədə qərar çıxarılıb.

Saxlanılanların təhlükəsizlik sisteminə qarşı işləməkdə və cinayət təşkilatı yaratmaqda ittiham edildiyi bildirilir.

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30