Çinin keçmiş kənd təsərrüfatı naziri rüşvətxorluğa görə edam cəzasına məhkum edilib
28.09.2025 [16:47]
Çinin keçmiş kənd təsərrüfatı və kənd işləri naziri Tan Rencien külli miqdarda rüşvət aldığına görə iki il möhlətlə edam cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, Çançun şəhər xalq məhkəməsinin verdiyi hökmə əsasən, keçmiş nazir siyasi hüquqlarından ömürlük məhrum edilib. Bundan başqa, onun bütün şəxsi əmlakı müsadirə olunacaq və rüşvətdən əldə etdiyi qeyri-qanuni gəlirlər bərpa olunaraq dövlət xəzinəsinə təhvil veriləcək.
Məhkəmə bəyan edib ki, Tan Rencien 2007-2024-cü illərdə müxtəlif vəzifələrdə işləyərkən biznes əməliyyatı, layihə müqaviləsi bağlamaq və işə düzəltmək kimi məsələlərdə başqalarına kömək etmək üçün həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrindən istifadə edib. Bunun müqabilində o, ümumi dəyəri 268 milyon yuandan (təxminən 38 milyon ABŞ dolları) çox olan pul və qiymətli əşyaları rüşvət kimi alıb. Məhkəmə onun dövlətin və xalqın mənafeyinə böyük zərər vuran cinayətlərinin ölüm cəzasına məhkum edilməsinə qərar verib.
Sabiq nazir günahını boynuna alıb və son ifadəsində peşman olduğunu bildirib.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Tan Rencian karyerasının ilk illərində Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyində işləyib. 2014-cü ildə Quansi Cuan Muxtar Rayonu qubernatorunun müavini təyin olunub. 2017-ci ildən Qansu əyalətinin qubernatoru vəzifəsini müvəqqəti icra edib. 2020-2024-cü illərdə kənd təsərrüfatı və kənd məsələləri naziri işləyib.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

