Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20.08.2025 [08:29]

Ağ Ev Macarıstan və İsveçrəni Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında gələcək görüş, habelə ABŞ Prezidenti Donald Trampla növbəti üçtərəfli sammit üçün mümkün yerlər kimi nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN Ağ Evin rəsmilərinə istinadla məlumat verib.

Rəsmilərdən biri deyib ki, ABŞ Prezidenti “həm Trampın, həm də Putinin müttəfiqi olan” Macarıstanın Baş naziri Viktor Orbanla bu yaxınlarda telefon danışığında Budapeştdə görüşün keçirilməsi imkanını şəxsən müzakirə edib.

Mənbələr yekun qərarın verilmədiyini və müxtəlif variantların müzakirə edildiyini vurğulayıblar. Bir məmur qeyd edib ki, Trampın Putin və Zelenskinin əvvəlcə görüşməli olduqlarını bildirməsindən sonra üçtərəfli sammitin planlaşdırılması arxa plana keçib.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31