Ermənistan dərin sosial böhran içərisindədir
23.08.2013 [09:14]
Ermənilərin böyük bir qismi isə mövcud ağır vəziyyətə dözməyərək işğalçı ölkəni tərk edir
Ermənistanda sosial-iqtisadi vəziyyət günbəgün ağırlaşmaqda davam edir. Məlum olduğu kimi, Ermənistanda əhalinin böyük əksəriyyəti yoxsulluq həddində yaşayır. İşğalçı ölkədə orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdə yaşayan qohumlarından göndərilən vəsait hesabına yaşamağa məcburdur. Beynəlxalq maliyyə təşkilatlarının hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur. Hökumətin dramın məzənnəsini saxlamaq üçün göstərdiyi cəhdlər nəticəsizdir. Hətta milli valyuta olan dramın məzənnəsini saxlamaq məqsədi ilə Ermənistan Mərkəzi Bankının ayırdığı vəsaitin əhəmiyyəti olmayıb. Nəticədə Ermənistanın pul vahidi günü-gündən qiymətini itirməkdədir. Ermənistanın xarici borcu isə ÜDM-ni 60 faiz üstələyir.
Demoqrafik vəziyyət də son dərəcə ağırdır. Ermənistanı tərk etmək istəyənlərin sayı 100 minə yaxınlaşıb. Belə ki, 2013-cü ildə Ermənistanı birdəfəlik tərk edib ABŞ-da yaşamaq istəyən 97 min 679 vətəndaşın müraciəti konsulluğa daxil olub. Onu da qeyd edək ki, 2009-2010-cu illərlə müqayisədə ABŞ-da yaşamaq hüququ almaq üçün müraciət edənlərin sayında 6 faiz artım olub. Ayrı-ayrı ekspertlər əhalinin kütləvi olaraq ölkəni tərk etməsini Ermənistanda sosial-iqtisadi vəziyyətin çox ağır olması ilə əlaqələndirirlər. BMT qaçqınlarla iş üzrə agentliyinin hesabatına görə, iki il ərzində təkcə Fransada sığınacaq alan ermənilərin sayı 2010-cu illə müqayisədə iki dəfə artıb. “7.or.am” saytı Ermənistan Miqrasiya Xidmətinin yeni məlumatını açıqlayıb. Məlumatda qeyd edilir ki, cari ilin ötən 11 ayı ərzində Ermənistanı 2 milyon 53 min nəfər tərk edib, 1 milyon 981 min nəfər gəlib. Beləliklə, cari ilin yanvar-noyabr ayları ərzində gələnlərlə-gedənlər arasındakı mənfi saldo 71 min 374 nəfər təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Beləliklə də, cari il ərzində 71 min nəfərdən çox vətəndaş birdəfəlik işğalçı ölkəni tərk edib. İlin sonuna kimi bu rəqəmin bir qədər də artacağı şübhə doğurmur. “Panarmenian.net” portalı isə yazır ki, son illər ərzində gedənlərlə-gələnlər arasındakı mənfi saldo real mənzərəni ortaya qoyur: “Belə davam etsə, Ermənistanın Miqrasiya Xidməti gedənlərin deyil, qalanların sayımı ilə məşğul olacaq”.
Yerli mətbuat ölkədən birdəfəlik çıxmaq istəyənlərin sayının artmasına dair müxtəlif şərhlər dərc edir. Bəziləri bunu sosial-iqtisadi vəziyyətin olduqca ağır olması, digərləri isə insanların siyasi baxışlarına görə təqibdən qaçmaq cəhdi kimi dəyərləndirir. Hər iki amil Ermənistanda mövcuddur. Lakin KİV-lər yazır ki, əhalinin vətəndaşlıqdan imtina edərək başqa ölkələrdə yaşamaq istəklərinin əsasında insanların dövlətin gələcəyinə inamlarının tamamilə itməsi faktı dayanır. Eyni zamanda, Ermənistanda korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı geniş yayılıb. İstehsal sahələri fəaliyyət göstərmir, bütün sahələr hakim oliqarx dairələrin əlində cəmləşib. Paytaxt Yerevan şəhərinin böyük bir hissəsi köhnə, istismar müddəti başa çatmış binalardan ibarətdir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Müstəqillik dövründə demək olar ki, işğalçı ölkədə heç bir sosial, iqtisadi proqram reallaşdırılmayıb. Bütün bunlara görə Ermənistan əhalisinin təxminən 80 faizi Sarkisyan hakimiyyətinin siyasətindən narazıdır.
Əslində, ölkəmizə qarşı hərbi təcavüz siyasətini davam etdirən Ermənistan bununla özünü bölgədə həyata keçirilən bütün böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. Münaqişə ilə əlaqədar Ermənistan, həmçinin, Cənubi Qafqazın əsas iqtisadi qüvvəsi ilə əlaqələrini itirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Ermənistan hökuməti ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Şübhəsiz dünya iqtisadiyyatındakı böhran ərəfəsində danışıqların uzanması Ermənistana daha çox zərər gətirəcək və nəticədə böyük iqtisadi imkanlarını itirəcək.
Qeyd etdiyimiz kimi, Ermənistan hazırda sosial-iqtisadi baxımdan olduqca acınacaqlı bir durumdadır. Bu ölkədə əhalinin sosial-maddi durumundan irəli gələn psixoloji gərginliyi o həddə çatıb ki, intiharlar, qətl, oğurluq və digər cinayət əməlləri adi hala çevrilib. Əhalinin böyük bir qismi isə mövcud ağır vəziyyətə dözməyərək ölkəni tərk edir. Belə olan halda, Ermənistanda qalan 1,8 milyonluq əhalinin tamamilə yoxa çıxmasının və yaxud səbri tükənən kütlələrin ayağa qalxmasının qarşısını ala biləcək yeganə vasitə hakimiyyətin utopik arzular, şirin xülyalar yaymaqla xalqın gələcəyə ümidini tamamilə itirməsinə imkan verməməkdir. Lakin görünən isə odur ki, Ermənistan rəhbərliyinin yeritdiyi siyasət təkcə bölgə dövlətlərinin və xalqlarının stabil inkişafına, rifahına deyil, bu ölkənin və əhalisinin özünün mövcudluğuna da ciddi təhlükə törədir. Ermənistan prezidenti öz məsuliyyətsiz bəyanatları ilə beynəlxalq ictimaiyyətdə hiddət və kinayə doğurmaqla yanaşı, özünü və ölkəsini gülünc vəziyyətə salmaqdadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

