Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində partlayışda 5 nəfər ölüb, 6 nəfər itkin düşüb

Çində partlayışda 5 nəfər ölüb, 6 nəfər itkin düşüb

27.05.2025 [21:08]

Çinin Şandon əyalətində kimyəvi məhsullar zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.

AZƏRTAC əyalət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla 11:57-də (Bakı vaxtı ilə 7:57) Qaomi şəhərində baş verib. Partlayış nəticəsində 19 nəfə xəsarət alıb.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Fövqəladə hallar nazirinin müavini Hu Minlanın rəhbərlik etdiyi axtarış-xilasetmə əməliyyatına 232 nəfər canlı qüvvə, 55 texnika cəlb olunub. Ətraf ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30