“Telegram” Fransa bazarını tərk edə bilər
25.04.2025 [09:51]
“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur.
AZƏRTAC xəbər verir ki, “X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib.
“Telegram” artıq istifadəçilərinin IP ünvanları və telefon nömrələri kimi bəzi məlumatları səlahiyyətli şəxslərə təqdim edir. Şirkət mesajların məzmununu təqdim etməkdən imtina edir. Durov üçün hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa “arxa qapı”dan girişin verilməsi təhlükəsizlik cəfəngiyatı olardı. O, belə bir qüsurun xarici dövlətlər və ya kibercinayətkarlar tərəfindən istifadə oluna biləcəyindən ehtiyat edərək bildirir ki, yalnız polisə “arxa qapı”dan girişə zəmanət vermək texniki cəhətdən mümkün deyil. O, həmçinin milyonlarla vətəndaşın şəxsi həyatına ciddi müdaxilə barədə xəbərdarlıq edir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanun layihəsi kontekstində bir neçə aydır ki, Fransada şifrələnmiş mesajlara çıxış məsələsi müzakirə olunur. “Telegram”, “WhatsApp” və “Signal” kimi platformaları bu cür “arxa qapılar”ı inteqrasiya etməyə məcbur etmək məqsədi daşıyan mübahisəli düzəliş Senat tərəfindən qəbul edilsə də, Milli Assambleya tərəfindən rədd edildi. Qərar rəqəmsal azadlıq müdafiəçiləri və “Telegram” rəhbərinin özü tərəfindən müsbət qarşılanıb və o, millət vəkillərini "Fransanı dünyada öz vətəndaşlarını şəxsi həyat hüququndan məhrum edən ilk ölkə edəcək qanunu rədd etməsi" münasibətilə təbrik edib.
Durov cinayətkarlara qarşı belə bir tədbirin effektivliyinə də şübhə edir. Onun fikrincə, cinayətkarlar onlarla kiçik proqramlar vasitəsilə təhlükəsiz əlaqə saxlaya bilər və ya hətta virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edərək fəaliyyətlərini gizlədə bilərlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

