Vaşinqton Ermənistanla bağlı layihələri ləğv etdi...
17.04.2025 [09:45]
Yeni hökumət Baydenin “səhvlərini” düzəldir - xartiya da sıradan çıxacaq
Co Baydenin dövründə “pöhrələnən” Ermənistanın “Qərb arzuları” iflasa uğradı. Özünü ciddi-cəhdlə ABŞ-ın “yaxını”, hətta “tərəfdaşı” kimi qələmə verməyə çalışan İrəvanın bütün planları yerlə-yeksan oldu. Belə ki, ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib. Dövlət Departamenti Moldova, Belarus, Ermənistan və Özbəkistan da daxil olmaqla, xarici media, müxtəliflik, bərabərlik və inklüziv layihələr üçün nəzərdə tutulan 139 qrant proqramını ləğv edib. Ləğv edilmiş xarici layihələrin ümumi dəyəri 215 milyon dollar dəyərləndirilir. “The Washington Free Beacon” nəşri yazıb ki, övlət katibi Marko Rubio tərəfindən verilən bu qərarın artıq aprelin 15-dən etibarən icrasına başlanılıb.
İlon Maskın rəhbərlik etdiyi epartamentin araşdırması nəticəsində...
Qeyd edək ki, Ermənistanda dayandırılan layihə proqramları ekoloji davamlılığı və bəzi demokratik inkişaf məqsədlərini əhatə edir. Bildirilir ki, Bayden dövründən “miras” qalan bu layihələrə Dövlət Departamenti hələ fevralın sonunda ilkin baxış keçirmişdi. Sonradan isə İlon Maskın başçılıq etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) genişmiqyaslı araşdırmalar apardı. Bu araşdırmalar nəticəsində adıçəkilən qrant proqramları da dayandırıldı. Bildirilir ki, layihələr Dövlət Departamentində fəaliyyət göstərən Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) qərarı ilə maliyyələşdirilib.
Yoxa çıxan qrantlar...
Ermənistana verilən pulların dayandırılması təsadüfi sayıla bilməz - düzdür, digər başqa regionlarla bağlı da analoji addımlar nəzərə çarpmaqdadır, amma rəsmi İrəvanın verilən qrantlarla “davranışı” hər kəsə bəllidir. Onların “inklüziv cəmiyyət quruculuğu”, “demokratik təsisatların inkişafı” və ya “müstəqil medianın inkişaf etdirilməsi” adı altında aldıqları pullar sonradan necə olurdusa, dolaşıb-dönüb silaha verilirdi. Bunu təsdiq edən onlarla fakt mövcuddur. Avropa Sülh Fondundan gələn pulların xərclənmə kriteriyaları hər şeyi ortaya qoyur. Başqa sözlə, Avropanın “maddi yardımları” İrəvandakı siyasi hakimiyyətə gəlib “çatan kimi” yoxa çıxır. Bunu Ermənistan ictimaiyyəti də təsdiqləyir. Hətta bir müddət öncə erməni mediası öz hakimiyyətindən bunun hesabatını belə tələb etmişdi. 2023-cü ilin sonlarında erməni mediasında yer alan yazılarda qeyd olunurdu ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa Şurasının Ermənistana verdiyi vəsaitdən söz açmır. Ermənistanın cənub rayonlarının dayanıqlılığının artırılması proqramı çərçivəsində müxtəlif maliyyə mənbələrindən əldə olunmuş və həyata keçirilən 400 milyon avrodan artıq dəyərə malik layihələrin icrasına isə başlanılmayıb.
“Pulsilmə əməliyyatı” və ya İrəvana “yardım”...
Bu iddialar təbii qarşılanmalı idi - keçmiş ABŞ adminstrasiyası və Avropanın fərqli strukturlarının İrəvanla “qara pul” əməliyyatı barədə mətbuat dəfələrlə yazıb. Ermənistana “ianə”, “yardım” və ya “qrant” adı altında verilən milyonlarla pulun məhz dövriyyəyə qazandırılması üçün yönləndirilməsi haqqında informasiyalar mövcuddur. İllərlə Ermənistana yardım adı altında davam etmiş “çirkli pulların yuyulması” prosesi fərqli məcrada inkişaf edib. Çünki ortada nəinki bir hesabat yoxdur, hətta rəsmi şəkildə bəyan edilən sahələrin inkişafına ayrılan pulların əks-sədası belə duyulmur. Başqa sözlə, Qərbin “maddi yardımları” İrəvandakı siyasi hakimiyyətə gəlib “çatan kimi” yoxa çıxırdı. Beləliklə, yeni adminstrasiyanın qərarı Ermənistan üçün böyük zərbədir - həm kənardan gələn milyonlarla ianədən oldular, həm də “çirkli əməliyyatın” faizi əllərindən çıxdı.
Xartiya əhəmiyyətini itirib...
Bu amil bir məqamı da ön plana çıxarır. ABŞ-ın yeni hökumətinin bu addımı İrəvanın başqa arzularını da “suya düşürür” - o baxımdan ki, Tramp administrasiyasının münasibəti bir daha təsdiqləyir ki, Bayden hökumətinin imzaladığı “strateji tərəfdaşlıq xartiyası” hər hansı bir əhəmiyyət daşımayacaq. Çünki sənəddə qeyd edilən başlıqların əksəriyyəti artıq gündəmdən düşüb - son qərar isə onu göstərir ki, ABŞ-ın yeni hakimiyyəti köhnə administrasiya kimi ölkə vətəndaşlarının vergilərindən formalaşan büdcə pullarını növbəti dövrdə “göyə sovurmaq” fikrində deyillər. Bu mənada həmin xartiyada da qeyd edildiyi kimi, “demokratiya”, “ədalət və inklüzivliyin möhkəmləndirilməsi”, “mədəni əməkdaşlıq”, ekologiyanın qorunması kimi “pulsilmə əməliyyatları” üçün nəzərdə tutulan məsələlərə diqqət və qrant ayrılmayacaq. Beləliklə, aylarla boş təbliğatı aparılan “xartiya” icraya başlamamış tarixə qovuşur...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

