Aİ Ukraynanın təhlükəsizliyini üzərinə götürür
27.02.2025 [09:50]
Yaxın zamanda Ukraynada yeni proseslər cərəyan edə bilər - qeyd edək ki, son zamanlar ABŞ, Rusiya və Avropa İttifaqı arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar daha da intensivləşib. Demək olar ki, həm Vaşinqton, həm Moskva, həm də Brüssel Ukraynada müharibənin tez bir zamanda sona çatmasında və münaqişənin dondurulmasında maraqlıdır. Artıq Rusiya ilə Ukrayna arasında imzalanması gözlənilən atəşkəs sazişi ilə bağlı yeni detallar ortalığa çıxır.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o, Ukraynada bütün tərəflərə uyğun olacaq sülhməramlı kontingentin yerləşdirilməsini zəruri hesab edir. Sözsüz ki, sülhməramlı deyəndə avropalı hərbçilərdən ibarət kontingent nəzərdə tutulur. Çünki Tramp bu fikirlərini onun Ağ Evdə Fransa Prezidenti Makronla görüşü zamanı səsləndirib. Xatırladaq ki, Tramp bundan əvvəl də Avropa ölkələrindən olan sülhməramlıların Ukraynaya göndərilməsinə etiraz etmədiyini bildirmişdi.
Ukraynın təhlükəsizliyi Aİ-yə həvalə olunur?
Bəzi ekspertlər hesab edirlər ki, Makron Trampla bu məsələni ətraflı şəkildə müzakirə edib və ABŞ rəhbərini bu məsələyə tam razı sala bilib. Onların fikrincə, Makron Trampa bildirib ki, Aİ Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və bu yükü öz öhdəsinə götürmək iqtidarındadır.
Makron bəyan edib ki, 30-a yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır: “Ukraynada sülhməramlıların yerləşdirilməsi Təhlükəsizlik zəmanətinin bir hissəsidir. Biz avropalılar ətrafımızdakı təhdidləri nəzərə alaraq nə etməli olduğumuzu bilirik. Biz sülh istəyirik ki, bu, Ukraynanın təslim olması anlamına gəlməsin”. Fransanın dövlət rəhbəri, həmçinin əlavə edib ki, Fransa Rusiya ilə dialoqu bərpa etməkdə maraqlıdır: “İndi Putinlə danışmaq üçün real əsaslar var. Fransa prezidenti olaraq mən prezident Putinlə danışıqlara hazıram”.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir. “İlk növbədə qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi və iki ölkə arasındakı münaqişənin nizamlanması beynəlxalq ictimaiyyətin ən önəmli gündəm mövzusuna çevrilib. Hazırda ABŞ ilə Rusiya, eləcə də ABŞ, Ukrayna və Avropa ölkələri arasında qarşılıqlı təmasların və səfərlərin mütəmadi hala çevrildiyinə şahid oluruq. Hesab edirəm ki, üçüncü ilini başa vuran bu müharibə sona çatmağa hazırlaşır. ABŞ və Qərbdəki müəyyən dairələr Ukraynada müharibənin bitməsində maraqlı olsalar da, onlar bu ölkədə əsasən öz maraqlarını güdürlər. Onu da bildirim ki, fevralın 28-də Vaşinqtonda Tramp ilə Zelenski arasında görüş təşkil olunacaq - böyük ehtimalla, bu görüşdə Tramp ABŞ-ın maraqlarını Zelenskinin diqqətinə çatdıracaq.”
Politoloqun sözlərinə görə, Aİ Ukraynanın gələcək təhlükəsizliyinin təminatı məsələsində başlıca rol oynamaq istəyir: “Aİ ilkin olaraq, Ukrayna üzərindən öz təhlükəsizliyini təmin etmək marağındadır, yəni Brüsselin əsas məqsədi Ukraynada sülhməramlı adı altında avropalı hərbçilərdən ibarət kontigent yerləşdirməklə münaqişənin yenidən alovlanmasının qarşısını almaq, həm də Rusiyanın bu ölkənin mövcud ərazilərinə müdaxiləsinə imkan verməməkdir”. Ardınca İ.Hüseynov əlavə edib: “Makronun Trampla görüşünün mahiyyəti əsasən bu idi. Fransa ilə yanaşı Almaniya və Britaniya da Ukraynada sülhməramlıların yerləşməsinə müsbət yanaşır”.
Sülhpərvər, amma qazanclı
Politoloq Tramp administrasiyasının diqqətinin yalnız iqtisadi hədəflərə yönəldiyini vurğulayıb: “Tramp Ukraynadakı mineral ehtiyatları istismar etmək, Rusiya ilə iqtisadi-ticari və enerji sahəsində əlaqələr qurmaq istəyir. Belə anlaşılır ki, ABŞ yeni dünya nizamında həm özünü sülh tərəfdarı kimi göstərməyə, həm də qazanclı çıxmağa çalışır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42

