/ / ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”
ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”
05.09.2026 [17:22]
Şimali Karolinada keçirilən G20 görüşündə 20 ölkənin nümayəndələri süni intellektin tənzimlənməsinə vahid yanaşmanı müəyyən edən “Karolina prinsipləri” adlı sənədi təsdiqləyiblər. Sənədin icbari hüquqi qüvvəsi yoxdur.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, razılaşmada iştirak edən ölkələr arasında ABŞ, Çin və Rusiya da var. Tərəflər dünyanın ən böyük iqtisadiyyatlarının süni intellektin və digər yeni texnologiyaların tənzimlənməsi və inkişafına yanaşmalarını yaxınlaşdırmağa yönəlmiş ümumi prinsipləri razılaşdırıblar. ABŞ-nin ticarət naziri Hovard Lütnik bütün iştirakçılar arasında razılığa gəlməyin asan olmadığını qeyd edib.
Sənədə əsasən, süni intellekt üçün ayrıca tənzimləyici orqanların yaradılması təklif olunmur. Bunun əvəzinə, əlaqəli sahələrdə artıq qüvvədə olan normaların tətbiqi planlaşdırılır. Həmçinin yeni texnologiyaların öyrənilməsində dövlət və özəl sektorun əməkdaşlığının zəruriliyi vurğulanır. Dekabr ayına qədər sənədin daha ətraflı variantının hazırlanması, daha sonra isə onun Floridada keçiriləcək G20 sammitində təsdiqlənməsi planlaşdırılır.
Tədbirdə İlon Mask, Sem Altman, Mark Zukerberq və Censen Huanq da daxil olmaqla, ən iri texnologiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Nvidia şirkətinin rəhbəri Censen Huanq bildirib ki, süni intellekt modellərinin təhlükəsizliyinə görə məsuliyyət, ilk növbədə, onları hazırlayan şirkətlərin üzərinə düşməlidir. Onun fikrincə, tənzimləmə hipotetik deyil, real risklərə yönəlməlidir.
Çin nümayəndələri təşəbbüsü dəstəkləməklə yanaşı, ABŞ-nin qabaqcıl süni intellekt modellərindən istifadə edilməsinin məhdudlaşdırılmasının əleyhinə çıxış ediblər. Hovard Lütnik isə öz növbəsində Çinə çip tədarükünə dair ixrac nəzarətinin yumşaldılması üçün əsasların olmadığını bildirib.
Censen Huanq, Mark Zukerberq və texnologiya sənayesinin digər nümayəndələri də Çin şirkətləri tərəfindən hazırlanan açıq çəkiyə malik modellərə çıxışın məhdudlaşdırılmasının əleyhinə danışıblar. Onların fikrincə, süni intellekt alətlərinə geniş çıxış infrastrukturun təhlükəsizliyinin artırılmasına kömək edə bilər.
İlon Mask Avropada tənzimləyici yükün azaldılmasına çağırıb və süni intellekt və robototexnologiyalar hesabına dünya iqtisadiyyatının potensial artımını 20–30 faiz səviyyəsində qiymətləndirib.
Sem Altman süni intellekt sahəsində qlobal standartların hazırlanmasını dəstəkləyib, lakin həddindən artıq sərt məhdudiyyətlərin əleyhinə çıxış edib. Onun sözlərinə görə, həddindən artıq tənzimləmə texnologiyanın inkişafını ləngidə bilər.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51

