Üçüncü koronavirus...
26.02.2025 [08:19]
HKU 5-CoV-2 nə dərəcədə təhlükəlidir?
Çində yarasalarda koronavirusun yeni növü aşkar edilib. Bu barədə “South China Morning Post” nəşri xəbər yayıb. Nəşrin məlumatına görə, bu, ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU 5 koronavirusunun yeni xəttidir. Tədqiqat Quançjoudakı Çin Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri tərəfindən Quançjou laboratoriyasında aparılıb.
Panikaya əsas yoxdur...
Alimlər yarasa nümunələrindən təcrid olunmuş virusun insan hüceyrələrini yoluxdurmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Lakin ekspertlər hələlik panikaya əsas olmadığını vurğulayırlar. HKU 5-CoV-2-nin insanlar arasında yayılma riskini kiçiltməmək şərtilə təhlükəni daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğu deyilir. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) isə bildirilib ki, Çində yarasalarda aşkar edilən HKU 5 koronavirusu ilə bağlı hələlik heç bir əlavə məlumat alınmayıb.
Yüngül və ya kəskin qızdırma, öskürək
Mövzu barədə “Yeni Azərbaycan”a danışan infeksionist Vüqar Cavadzadə bildirib ki, araşdırmaya görə, HKU 5-CoV-2 adlanan yeni virus SARS-CoV-2 ilə eyni olan ACE2 reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir: “Alimlər də bildirirlər ki, bu virusun heyvanlardan insanlara birbaşa ötürülməsi riski var. Yarasalarda aşkarlanan koronavirusun yeni növü insanlarda infeksiyaya səbəb olan yeddinci, SARS-CoV-1-dən sonra epidemiyaya və pandemiya potensialına malik olan üçüncü koronavirusdur. Yeni növ infeksiya əsasən damcı yolu ilə yayılır və asimptomatik, yüngül və ya kəskin qızdırma, öskürək və burun axması, bəzi hallarda ölümlə nəticələnən tənəffüs yoluxucu xəstəliklərlə müşayiət oluna bilər”.
Virusun geniş yayılma ehtimalı azdır, amma...
V.Cavadzadə qeyd edib ki, yeni növ HKU5-CoV-2-nin SARS-CoV-2 ilə struktur oxşarlıqları olsa da, ilkin qiymətləndirmələr göstərir ki, hələlik virusun geniş yayılma ehtimalı azdır: “Bu əminliklərə baxmayaraq, HKU5-CoV-2-nin müəyyən edilməsi zoonotik patogenlərin yaratdığı davamlı təhlükəni vurğulayır. Virusun yüksək ölüm nisbəti ilə tanınan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) koronavirusu ilə genetik əlaqəsi sağlamlıq potensialıyla bağlı narahatlıqları daha da artırır. HKU5-CoV-2-nin ortaya çıxması beynəlxalq ictimaiyyətin sürətli reaksiyalarına səbəb oldu. Bütün dünyada səhiyyə təşkilatları vəziyyəti yaxından izləyir, potensial yayılma hadisələrinin qarşısını almaq üçün heyvan su anbarlarında koronavirus ştammlarına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayır”.
Məlumatlandırma vacibdir...
İnfeksionist qeyd edib ki, koronaviruslar 4 növə bölünür: “Alfa-koronaviruslar, beta-koronaviruslar, qamma-koronaviruslar və delta-koronaviruslar: “İnsanları yeni növ HKU5-CoV-2 haqqında məlumatlandırmaq vacibdir. Hər hansı yeni virusun və ya mövcud virusun mutasiyasının nə vaxt və harada görünəcəyini, onun insanlar üçün nə qədər zərərli ola biləcəyini proqnozlaşdırmaq mümkün deyil. Buna görə də güclü aşkarlama və müşahidə sistemlərinin olması çox vacibdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

