Ehtiyac yaranacağı təqdirdə...
06.02.2025 [09:36]
Trampın Qəzza planı
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a rəsmi səfər edib - Ağ Evdə onunla prezident Donald Tramp arasında ikitərəfli görüş baş tutub. İsrail mediasının məlumatına görə, görüş zamanı Tramp və Netanyahu bir sıra məsələləri - Qəzzadakı vəziyyət və regiondakı proseslər, o cümlədən ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılacaq addımları müzakirə ediblər. Görüşdən sonra Tramp və Netanyahu birgə mətbuat konfransı keçiriblər. Tramp öz açıqlamasında İsrailin ABŞ-ın ən önəmli müttəfiq olduğunu və Vaşinqtonun hər zaman İsrailin yanında olacağını bir daha diqqətə çatdırıb. Netanyahu da öz növbəsində Donald Trampın İsrailin ən böyük dostu və İsrailin ABŞ-la istənilən təhlükəyə qarşı birgə mübarizə aparcağını bəyan edib.
Qəzza boşaldılsın...
Sözsüz ki, Tramp mətbuat konfrasındakı çıxışında Qəzza məsələsinə toxunmaya bilməzdi - bu bölgənin daim Vaşinqtonun diqqət mərkəzində olacağını vurğulayan Ağ Evin yeni rəhbəri bəyan edib ki, ehtiyac yaranacağı təqdirdə ABŞ öz qoşunlarını Qəzza zolağına göndərəcək. Bununla yanaşı, Tramp Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanının xüsusi əhəmiyyət daşıdığını və yaxın zamanda regiona səfər etmək niyyətində olduğunu qeyd edib.
“ABŞ-ın Yaxın Şərq siyasətinə Səudiyyə Ərəbistanı dəstək olacaq. Onlar da sülh istəyir. Mən İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər etmək niyyətindəyəm,” - deyə D.Tramp bildirib.
Qəzza zolağının hərbisizləşdirilməsinə münasibət bildirən Tramp bəyan edib ki, o, Qəzzanın tam boşaldılmasının və yerli əhalinin qonşu ölkələrə köçürülməsinin tərəfdarıdır.
“Hamısını, yəqin ki, 1,7 milyon insandan danışırıq. Düşünürəm ki, onlar gözəl həyat yaşaya biləcəklər və hər gün ölməkdən narahat olmadıqları ərazilərə köçürüləcəklər. Bu, İordaniya ola bilər, Misir ola bilər, digər ölkələr də ola bilər və siz dörd və ya beş, deyək ki, zonalar qura bilərsiniz. Bu, bir ərazi olmaq məcburiyyətində deyil. Qəzza onların sağ qalmayacağının zəmanətidir.”
Tramp Qəzza ilə bağlı digər planlarını da açıqlayıb və bu istiqamətdə nailiyyət əldə etmək üçün istənilən addımı atmağa hazır olduğunu deyib: “ABŞ Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işləri görəcəyik, bütün partlamamış bombaların və digər silahların çıxarılmasına cavabdeh olacağıq, ərazini hamarlayacağıq, dağılmış binalardan xilas olacağıq.”
Trampın təklifinə ciddi reaksiya
Trampın Qəzza ilə bağlı bəyanatlarına reaksiya gecikməyib - HƏMAS-ın sözçüsü Hazem Qassım ABŞ prezidentinin bəyanatının irqçiliyi əks etdirdiyini, mənəvi və humanitar dəyərlərə zidd olduğunu bildirib. Fələstinin “İslami Cihad” təşkilatı isə öz bəyanatında Trampın fikirlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də yerli əhalinin Qəzzadan çıxarılması ilə bağlı fikirlər səsləndirib - bu, Türkiyə və Ərəb ölkələri tərəfindən çox ciddi tənqidlə qarşılanmışdı. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və İordaniya kralı Abdullah ibn Al Hüseyn Trampın bu təklifini rədd edib və bu təkliflə heç bir zaman razı olmayacaqlarını və buna imkan verməyəcəklərini bəyan ediblər. Hər iki lider vurğulayıb ki, Qəzza daim Fələstinin nəzarətində qalmalıdır və münaqişə iki dövlətli həll planına uyğun nizamlanmalıdır.
Eyni zamanda bir neçə gün bundan öncə Qahirədə bu məsələ ilə bağlı toplantı keçirilib - Misir və İordaniya ilə yanaşı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Fələstin Muxtariyyəti və Ərəb Liqasının rəsmiləri bir araya gələrək birgə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, Qəzza və İordan çayının qərb sahilindəki ərazilərdə məskunlaşan əhalinin öz ərazilərindən zorla çıxarılması ilə bağlı irəli sürülən təkliflər beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir, regionun sabitliyini təhdid edir, münaqişəni alovlandırır və xalqlararası sülh və birgəyaşayış perspektivlərinə mane olacaq.
Ərəb ölkələrinin rəsmiləri, həmçinin bəyanatda İsrail-Fələstin bölgəsində iki dövlətli həll planı əsasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün Tramp administrasiyası ilə birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar, eləcə də beynəlxalq ictimaiyyəti fələstinlilərin öz torpaqlarında qalmasını təmin etmək üçün Qəzzanın hərtərəfli yenidənqurulmasına dəstək göstərməyə çağırıblar.
Trampın təklifinə Türkiyənin də münasibət bildirilib - fevralın 2-də Türkiyənin XİN rəhbəri Hakan Fidan Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə mətbuat konfransında bütün region ölkələrini Trampın bu siyasətinə qarşı çıxmağa çağırıb.
Regiondakı reallıq...
ABŞ Yaxın Şərqdə öz geostrateji, geosiyasi və geoiqtisadi mövqeyini qoruyub saxlaya bilib, regionda müttəfiqləri var və regiondakı proseslərdə iştirak edir, amma etiraf etmək lazımdır ki, bölgədə artıq başqa güc mərkəzləri də meydana çıxıb - Ağ Evin yeni rəhbəri istər Qəzza, istər Suriya, istərsə də Yaxın Şərqlə bağlı digər məsələlərdə yerli aktorların mövqeyini və maraqlarını nəzərə almalıdır. Yəni, yaxın gələcəkdə Tramp administrasiyası Yaxın Şərqdə addımlarını atarkən güc mərkəzləri ilə birlikdə regionda proseslərin nizamlanmasına, xüsusilə münaqişələrin həllinə və təhlükəsizlik arxitekturasının formallaşmasına öz töhfəsini verə bilər.
Ümid etmək olar ki, Tramp bunu çox yaxşı başa düşəcək və elə bu istiqamətdə siyasətini yürütməyə çalışacaq. Yalnız qarşılıqlı maraqların nəzərə alınması və birgə təmasların qurulması regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına yol açıla bilər. Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İsrail bu məsələdə ABŞ-la əməkdaşlıq etməyə hazırdır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42

