Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya Dövlət Duması qeyri-leqal miqrant tərəfindən törədilən cinayəti ağırlaşdırıcı hal qismində tanıyıb

Rusiya Dövlət Duması qeyri-leqal miqrant tərəfindən törədilən cinayəti ağırlaşdırıcı hal qismində tanıyıb

16.10.2024 [20:13]

Rusiya Federasiyasının Dövlət Duması qeyri-leqal miqrasiyanın təşkilinə görə cəzanın sərtləşdirilməsi və qeyri-leqal miqrant tərəfindən törədilən cinayətin ağırlaşdırıcı hal kimi qiymətləndirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, rusiyalı deputatlar mütəşəkkil qrup tərəfindən təşkil edilən qanunsuz miqrasiyanı xüsusilə ağır cinayətlər sırasına daxil etməyi təklif edirlər. Bu cinayəti törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası və ya 3-5 milyon rubl məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, qeyri-leqal miqrasiya ilə əlaqədar sənədlərin saxtalaşdırılması, hazırlanması və saxta sənədlərin dövriyyəsi cinayətlərinə görə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30