Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / COP29 çərçivəsində suvarma və içməli su təchizatına dair yan tədbir keçirilib

COP29 çərçivəsində suvarma və içməli su təchizatına dair yan tədbir keçirilib

13.11.2024 [13:34]

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi "Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak ediblər.

Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları geniş müzakirə olunub.

İştirakçılar su resurslarının səmərəli idarə edilməsi, itkilərin minimuma endirilməsi və suyun yenidən istifadəsi üçün texnoloji yeniliklərin əhəmiyyətindən bəhs ediblər. Eyni zamanda, su mənbələrinin dayanıqlığının təmin edilməsi məqsədilə ekosistemlərin qorunması, əhalinin su istifadəsi haqqında maarifləndirilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi kimi strategiyaların vacibliyi vurğulanıb. Bu tədbirlərin su qıtlığının uzunmüddətli həlli üçün əsas addımlar olduğu qeyd edilib.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31