Dağ-mədən sənayesində yeni inkişaf mərhələsi: resurslardan yüksək əlavə dəyərə
24.09.2026 [11:04]
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının əsas məqsədləri sırasında mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması, yeni layihələrin həyata keçirilməsi və xammalın ölkə daxilində daha çox emal edilərək yüksək əlavə dəyər yaratması xüsusi yer tutur.
Azərbaycanın malik olduğu mineral ehtiyatlar ölkənin iqtisadi potensialının mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, qızıl, mis və molibden yataqlarının bir hissəsi sovet dövründən etibarən lazımi səviyyədə geoloji kəşfiyyata cəlb edilməyib və perspektivli yataqların bir qismi hələ də öz geoloji kəşfiyyat mərhələsini gözləyir. Dövlət Proqramı çərçivəsində bu potensialın müasir geoloji üsullarla öyrənilməsi, ehtiyatların dəqiqləşdirilməsi və iqtisadi cəhətdən səmərəli yataqların mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur.
Xüsusilə işğaldan azad edilmiş Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması qarşıdakı dövrün əsas istiqamətlərindəndir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında da geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu proses yalnız yeni yataqların aşkar olunmasına deyil, həm də hasilat, zənginləşdirmə və emal mərhələlərini əhatə edən bütöv sənaye zəncirinin formalaşdırılmasına xidmət edəcək.
Azərbaycanın müxtəlif bölgələrində sənaye və aqroparkların yaradılması ölkədə istehsal və emal imkanlarının genişləndirilməsi baxımından mühüm baza formalaşdırıb. Prezident İlham Əliyev müşavirədə sənaye parklarının və aqroparkların artıq ölkənin bir çox bölgələrində, demək olar ki, hər bir bölgədə fəaliyyət göstərdiyini vurğulayıb. Bu parkların fəaliyyəti nəticəsində əlavə dəyərin yaradılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində nəticələr əldə olunub.
Bu baxımdan Qərb Sənaye Parkının yaradılması da dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə birbaşa əlaqələndirilir. “Daşkəsən” filiz yatağının istismarı və ətraf bölgələrdə həyata keçiriləcək layihələr parkın fəaliyyət istiqamətlərini müəyyənləşdirən əsas amillərdəndir. Burada filiz hasilatından başlayaraq zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalına qədər tam dəyər zəncirinin yaradılması nəzərdə tutulur.
Dövlət Proqramının qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasında investisiyaların cəlb edilməsi mühüm amil kimi müəyyənləşdirilir. 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sektoruna ümumilikdə 5,3 milyard manat investisiya yatırılması nəzərdə tutulur. Bununla yanaşı, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun və xarici investorların imkanlarından da istifadə olunması planlaşdırılır.
Prezident İlham Əliyev çıxışında yerli və xarici investorlara münasibətdə açıq mövqeyi ifadə edərək bu sahənin investisiyalar üçün açıq olduğunu bildirib. Bu yanaşma ölkənin mineral resurs potensialının daha geniş şəkildə araşdırılmasına, yeni layihələrin həyata keçirilməsinə və müasir texnologiyaların tətbiqinə əlavə imkanlar yaradır. Dövlət Proqramında əsas diqqətin yalnız xammal hasilatına deyil, filizin zənginləşdirilməsi, emalı və yüksək əlavə dəyərli məhsulların istehsalına yönəldilməsi Azərbaycanın bu sahədə yeni sənaye imkanlarından daha səmərəli istifadə etmək niyyətini göstərir.
Dövlət Proqramının 2030-cu ilədək əsas hədəfləri arasında dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Proqramın icrası nəticəsində yeni sənaye istiqamətinin formalaşdırılması, beş mindən çox yeni iş yerinin yaradılması, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi qarşıya qoyulan hədəflərdəndir.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın mineral resurslarının sadəcə hasil olunmasını deyil, onların ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaratmasını əsas götürür. Bu yanaşma dağ-mədən və metallurgiya sənayesinin inkişafını yeni istehsal imkanları, investisiyalar, məşğulluq və ixrac perspektivləri ilə əlaqələndirən uzunmüddətli sənaye siyasətinin mühüm istiqamətlərindən birinə çevirir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44

