“Somalilənd”in “müstəqilliyi” tanınmır
13.01.2026 [11:12]
Azərbaycan Somalinin ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanın çoxvektorlu xarici siyasətində dünya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Ölkəmizin yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr, irəli sürdüyü önəmli təşəbbüslər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir.
Son illər Azərbaycanın bir sıra Afrika ölkələri ilə də əlaqələri genişlənir. Bu baxımdan, ölkəmizin Somali ilə münasibətləri xüsusi vurğulanmalıdır. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Somali Federativ Respublikası Şərqi Afrikada “Afrika buynuzu” deyilən coğrafi bölgədə yerləşir. Bu ölkə də separatizmdən əziyyət çəkir. Belə ki, “Somalilənd” deyilən ərazi özünün “müstəqilliyini” elan edib ki, bu da beynəlxalq hüquq normalarına ziddir. Əslində, “Somalilənd” de-yure Somali daxilində muxtar bölgədir. Yalnız bir dövlətdən başqa, heç bir ölkə onun “müstəqilliyini” tanımayıb.
Azərbaycan da Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bəyan edib. Belə ki, ötən ay Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, Somali Federativ Respublikasının “Somalilənd” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir. Qeyd edilib ki, Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb. “Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
Yeri gəlmişkən, bugünlərdə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycanın Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb. Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq, müxtəlif regionlarda, o cümlədən “Afrika Buynuzu” və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.
İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.
Qeyd edək ki, Somali İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı Qoşulmama Hərəkatının da üzvüdür. Bu ölkə İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Xatırladaq ki, ötən ilin fevral ayında Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı dövlət başçılarının görüşü zamanı aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizi yeni müstəviyə yüksəldir. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Ölkəmizin Somaliyə sərmayə yatırımlarının da böyük perspektivləri var.
Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır.
Somali Azərbaycanın inkişaf modelini nümunə kimi qəbul edir. Məsələn, bu ölkənin başçısı ASAN Xidmət Mərkəzini ziyarət etdikdən sonra bu təcrübədən Somalidə istifadə olunacağını bəyan edib. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır. Bütün bunların fonunda Azərbaycan separatizmdən əziyyət çəkən Somalinin ərazi bütövlüyünü dəstəkləyir. Çünki “Somalilənd” deyilən separatçı rejimin yaradılması beynəlxalq hüququn pozulmasıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15

