Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür
13.01.2026 [13:53]
Bakıda Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında ikitərəfli görüş olub.
Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının energetikadan sənaye istehsalınadək geniş spektrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Yüksək siyasi - iqtisadi münasibətlərin yeni layihələrlə möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, Avropa İttifaqı ilə tərəfdaşlıq və ikitərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər üzrə müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov iclasda çıxışında bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər və beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Prezidentinin İtaliya Prezidenti və İtaliyanın Baş naziri Ciorgia Meloni ilə keçirdiyi görüşlər, 2020-ci ildə “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” və 27 sənədin imzalanması dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
“Ötən il İtaliya Prezidentinin Azərbaycana səfəri, İtaliya-Azərbaycan Universitetinin açılışı, “Ansaldo Energia” şirkətinin töhfəsi ilə ölkəmizin ən böyük elektrik stansiyasının ərsəyə gəlməsi, eləcə də Dövlət Neft Fondu və SOCAR-ın İtaliyada investisiya fəaliyyəti əlaqələrimizin yalnız mövcud əməkdaşlıqla məhdudlaşmadığını, gələcəyə hesablanmış strateji gündəlik əsasında inkişaf etdiyini təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi Azərbaycan - İtaliya əlaqələri uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq”,- deyə nazir qeyd edib.
Bildirilib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin xarici ticarət dövriyyəsinin 25 faizi, ixracının isə 46,7 faizi İtaliyanın payına düşür. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar məbləğində investisiya qoyulub. Hazırda Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçün birgə layihələrlə yanaşı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanmasının vacibliyi vurğulanıb. Həmçinin ötən il İtaliyanın təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edildiyi diqqətə çatdırılıb. İndiyədək TAP-ın Avropanı 54,3 milyard kubmetr, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin etdiyi qeyd olunub. Həmçinin bildirilib ki, İtaliyanın “CESI SpA” şirkəti “Xəzər-Qara Dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır. 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaq.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli isə çıxışında deyib: “Komissiyanın əsas məqsədlərindən biri həm İtaliyada, həm də Azərbaycanda investisiya və biznes imkanlarının genişləndirilməsidir. Eyni zamanda, hər iki ölkə bağlantı layihələri, iqtisadi, mədəni və insanlararası əlaqələrin daha da inkişafı baxımından strateji yanaşmaya malikdir. İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər”.
Müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib. “Made in Italy” brendinin ölkəmizdə geniş təmsil olunması və “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarələrinin gətirilməsi, ötən il AZAL tərəfindən Milan istiqamətində 334 uçuşun həyata keçirilməsi, İtaliya vətəndaşlarının 89,5 faizinin Azərbaycana turizm məqsədilə gəlməsi əlaqələrin hərtərəfli inkişafının göstəriciləri kimi dəyərləndirilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələrin mədəni-humanitar sahədə əməkdaşlığın genişlənməsinə töhfə verdiyi qeyd olunub.
Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36

