Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq
12.01.2026 [16:31]
Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən “Xaçınçay” su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən “Köndələnçay” su anbarları təmir-bərpa edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
O bildirib ki, Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək “Həkəriçay” su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək “Bərgüşadçay” su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. “Həkəriçay” su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur.
“Bərgüşadçay” su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8,8 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməklə yanaşı, “Qız Qalası” su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir. “Qız Qalası” su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanmış və layihənin icrası istiqamətində işlərə başlanılmışdır. Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcək”, - deyə Baş nazirin müavini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

