Rəqabətqabiliyyətli dövlət modelinin parlaq nümunəsi
12.01.2026 [17:47]
Ölkəmiz 2025-ci ili böyük uğur və nailiyyətlərlə yola saldığı kimi, yeni, 2026-cı ili də əlamətdar hadisələrlə qarşılayır. Bu baxımdan yanvarın 8-də baş tutmuş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı da Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən enerji siyasətinin effektiv şəkildə həyata keçirildiyini bir daha sübut edir. 2022-ci ildə təməli qoyulan bu layihənin qısa müddətdə uğurla başa çatdırılması həm də dövlət-özəl sektor əməkdaşlığının səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının investor “ACWA Power” şirkətinə və bu layihədə əməyi olan bütün tərəflərə təşəkkürü təsadüfi deyil. Bu stansiya şirkətin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin bunun davamlı olacağını demək üçün bütün əsaslar da var. Bu fakt ölkənin enerji siyasətinin uzunmüddətli və sistemli xarakter daşıdığını açıq şəkildə göstərir.
Son 20 ildə Azərbaycanın enerji sistemində aparılan genişmiqyaslı modernləşmə prosesi bu gün real nəticələrini verir. Generasiya güclərinin üç dəfə artması, yarımstansiyaların və ötürücü xətlərin tam yenilənməsi nəticəsində ölkənin ümumi enerji gücü təxminən 10 min meqavata çatdırılıb. Bu, tarixi rekord olmaqla yanaşı, gələcək inkişaf üçün möhkəm əsasdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin icrası bu göstəricini daha da artıracaq. Bu isə Azərbaycanın həm daxili tələbatını tam təmin etməsinə, həm də elektrik enerjisinin ixrac imkanlarını genişləndirməsinə şərait yaradacaq.
Azərbaycanın coğrafi mövqeyi isə bu strategiyanın ən böyük üstünlüklərindən biridir. Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan yeni stansiyalar ölkənin bütün bölgələrinin inkişafını təmin edəcək. Cənab Prezidentin vurğuladığı kimi, istənilən regionda bərpaolunan enerji istehsal etmək mümkündür, Xəzər dənizinin nəhəng potensialının imkanları isə hələ qarşıdadır. Xarici investorların süni intellekt, data mərkəzləri və böyük enerji tutumlu sahələrə dəvət edilməsi göstərir ki, Azərbaycan artıq gələcəyin iqtisadiyyatını bu gündən qurur. Beləliklə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası cənab Prezident İlham Əliyevin liderliyi ilə formalaşan innovativ, güclü və rəqabətqabiliyyətli dövlət modelinin parlaq nümunəsidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

