İranda gərginlik
13.01.2026 [09:11]
Etiraz aksiyaları davam edir
İranda etiraz aksiyaları və iğtişaşlar davam edir. Buna səbəb dolların bahalaşması fonunda milli valyutanın ucuzlaşmasıdır. Bu da əhalinin sosial durumuna ciddi təsir edir.
Qeyd edək ki, İranda İsraillə 12 günlük savaşdan sonra iqtisadi vəziyyət gərginləşib. Digər səbəb müharibəyə görə nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının dayandırılmasıdır. Belə ki, bundan sonra Tehran Qərbin sanksiyaları ilə daha çox üzləşir. Bütün bunların fonunda dekabrın 28-i İranda, xüsusən də paytaxt Tehranda sahibkarların etiraz aksiyası başlayıb və güclənən nümayişlər davam edir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda ölən və yaralananlar var. Etirazçılar ali dini lider Xameneinin portretlərini də yandırmaqdan çəkinməyiblər. Etiraz aksiyaları ölkənin 31 vilayətində 186 şəhəri əhatə edir.
Pezeşkian: Etirazçılarla dialoqu öz borcumuz hesab edirik
Vaşinqtonda yerləşən “Human Rights Activist News Agency” (HRANA) məlumat yayıb ki, İranda etirazlar və iğtişaşlar zamanı ən azı 500-dən çox insan həlak olub. Təqdim olunan məlumatlara əsasən, qurbanlarla bağlı işlər hələ də araşdırma mərhələsindədir. Minlərlə insan isə həbs olunub.
Yeri gəlmişkən, İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində İran xalqını meydanlara çıxmağa, mövqeyini ifadə etməyə və iğtişaşların onun tələblərini təhrif etməsinə imkan verməməyə çağırıb: “İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır”. Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib: “Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq”.
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə deyib ki, qarşıdurma və toqquşma yaradanlar ağır cəza ilə üzləşəcəklər. Onun sözlərinə görə, dinc aksiyalar ölkədə yaranan iqtisadi problemlərdən qaynaqlanan xalq etirazlarıdır: “Ali rəhbərin vurğuladığı kimi, bu etirazlar tamamilə anlaşılandır. İqtisadi, xüsusən də valyuta sahəsində sabitliyin təminatı xalqın haqlı tələblərindən biridir”. Laricaninin fikrincə, xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan dağıdıcı bir hərəkat da meydana çıxıb: “Bu hərəkat etirazlardan sui-istifadə edərək çox zorakı və cinayətkar davranışlara əl atıb, o cümlədən insanları öldürmək, şəxsləri yandırmaq kimi zorakılıq aktları törədib”. O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşı yaralanıb və bir neçəsi ölüb: “Etiraz və toqquşmalara qatılmayan dinc sakinlər arasında da ölən və yaralananlar var”.
BMT Baş katibi niyə sarsılıb?
İrandakı vəziyyət beynəlxalq ictimaiyyətində diqqət mərkəzindədir. BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, İranda etirazçılara qarşı zorakılıqla bağlı xəbərlər onu sarsıdıb. Bu barədə açıqlama Baş katibin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Son günlərdə insanların ölümünə və yaralanmasına səbəb olan zorakılıq və İran hakimiyyəti tərəfindən etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlər məni sarsıdıb. Fikir ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı tam şəkildə qorunmalı və təmin edilməlidir”, - deyə açıqlamada bildirilib. Quterreş, həmçinin İran hakimiyyətini maksimum təmkin göstərməyə və lazımsız, yaxud qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb. O, əhalinin informasiyaya çıxışını təmin etmək üçün, o cümlədən rabitənin bərpası istiqamətində tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron İrandakı vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda İran təhlükəsizlik qüvvələrinin zorakılığa yol verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq ifadə olunub və etirazçılara qarşı qətl törədilməsi pislənib. “İran hakimiyyət orqanları öz vətəndaşlarının qorunmasından məsuliyyət daşıyır və ifadə azadlığı ilə sülhsevər toplaşmağı heç bir təqib qorxusu olmadan təmin etməlidir. Biz İran hakimiyyətini səbirli davranmağa, zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının əsas hüquqlarını qorumağa çağırırıq”, - deyə birgə bəyanatda vurğulanıb.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə İran hakimiyyəti tərəfindən etirazların sərt şəkildə yatırılmasına cavab olaraq ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etmək planları olduğunu bəyan edib. “Aİ artıq İrana qarşı geniş sanksiyalar tətbiq edib. Buraya insan haqlarını pozan, nüvə silahı hazırlayan və Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən şəxslərə qarşı sanksiyalar daxildir. Etirazların yatırılmasına cavab olaraq əlavə tədbirlər təklif etməyə hazıram”, - K.Kallas vurğulayıb. Onun sözlərinə görə, İran etiraz hərəkatlarının yatırılmasında böyük “təcrübəyə” malikdir və hazırda təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı sərt cavab tədbirləri tətbiq edir: “Vətəndaşlar özlərinin seçdiyi gələcək uğrunda mübarizə aparır və səslərinin eşidilməsi üçün hər şeyi riskə atırlar”.
Tramp: ABŞ tezliklə qərar verəcək
Ağ Ev rəhbəri Donald Tramp isə jurnalistlərə açıqlamasında deyib ki, İran ABŞ-la əlaqə saxlayıb və danışıqlar təklif edir. O, belə bir müraciətin onun İrandakı etiraz aksiyalarına reaksiyasından sonra edildiyini deyərək, Tehranla görüş təyin etmək üçün danışıqlar apardığını bildirib. Dövlət başçısı İrandakı aksiyalarla bağlı hər saatbaşı məlumatlandırıldığını vurğulayıb: “Biz bəzi çox güclü variantları nəzərdən keçiririk. Mənə hər saat hesabat verilir və biz tezliklə qərar verəcəyik”.
“The Wall Street Journal” nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata əsasən, Donald Tramp öz komandası ilə görüş keçirərək İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi zərbələri, kiberhücumları və yeni sanksiyaları müzakirə edəcək. Məlumata görə, görüşə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn dəvət olunublar. Bu, ABŞ administrasiyasının İranla bağlı mümkün hərəkət istiqamətlərini müzakirə etmək üçün ilk rəsmi görüş olacaq.
Bir müddət öncə Donald Tramp Vaşinqtonun İrandakı hadisələrə güc tətbiq etməklə cavab vermək imkanlarını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Lakin Pentaqon hələlik potensial zərbələrə hazırlıq məqsədilə İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15

