Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Selçuk Bayraktar: Dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü artırmalıdır

Selçuk Bayraktar: Dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü artırmalıdır

05.01.2026 [10:22]

Ədalətsizliyin və qanunsuzluğun beynəlxalq münasibətlərin yeni normasına çevrildiyi bir dövrdə Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə dayana bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktarın bazar günü sosial media paylaşımında deyilir.

Dron istehsalçı-şirkətinin rəhbəri Venesueladakı vəziyyətə diqqət çəkərək, baş verənlərin Türkiyə rəhbərliyinin milli texnoloji irəliləyişlərə sadiqliyinin düzgünlüyünü bir daha nümayiş etdirdiyini vurğulayıb.

O, yerli texnologiya sektorunun və müdafiə sənayesinin inkişafını həm Türkiyə, həm də dost dövlətlər üçün əvəzolunmaz adlandırıb. “Dünyada güclünün hüququnun hökm sürdüyü bir dövrdə heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bu dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü və müstəqilliyini gücləndirməlidirlər”, - deyə Bayraktar vurğulayıb.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31