Sülhün bir addımlığında...
31.12.2023 [10:45]
Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib.
Son zamanlar hər iki tərəfdən sülh sazişinin imzalanması ilə bağlı nikbin fikirlər səsləndirilir. Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də “TRT World” telekanalına müsahibəsində deyib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib. “Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, - H.Hacıyev vurğulayıb.
Yeri gəlmişkən, bu ay Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə məlumat açıqlaması da sülhə doğru ciddi addım kimi qiymətləndirilə bilər. Bu hadisələrin özəlliyi ondan ibarətdir ki, tərəflər heç bir vasitəçi olmadan, birbaşa təmaslar nəticəsində bu razılaşamaya nail olublar. 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, bu ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər: “Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Razılaşmalar birbaşa təmas nəticəsində əldə edilib. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları beynəlxalq ictimaiyyət də dəstəkləyir. Belə bir mövqe bugünlərdə Şimali Atlantika Alyansı tərəfindən ifadə olunub. NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir. O bildirib ki, NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa İttifaqının, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları təqdir edir. Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb: “Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”.
Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Amma bəzi xarici dairələr də var ki, öz maraqları naminə bölgədə gərginliyin mövcud olmasında maraqlıdır. Rəsmi Bakı isə regionda sülhə xidmət edən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bütün bunların fonunda növbəti ildə tərəflər arasında sülhün əldə olunması üçün real imkanlar mövcuddur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

