Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

24.09.2026 [21:19]

Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətindəki tərəvəz anbarına zərbə endirib. İnsanların tərəvəzləri çeşidlədiyi yerə mərmi düşməsi nəticəsində 7 mülki şəxs ölüb, yaralananlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov regional hərbi administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.

Rusiya ordusu 24 sentyabr səhəri Xarkov bölgəsinin Stara Qnilisiya kəndindəki kənd təsərrüfatı müəssisəsini hədəfə alıb. Ölən və yaralananların hamısı anbar işçiləri olub. Yaralanan 12 nəfərdən üçünün vəziyyəti ağırdır. Yaralıların hamısı tibbi yardım alır.

Xarkov bölgəsinə zərbə Rusiyanın Ukraynaya gecə boyu davam edən genişmiqyaslı hücumu zamanı baş verib. Hücumda müxtəlif tipli 280-dən çox dron, eləcə də “Tsirkon” ballistik və gəmi əleyhinə raketlərdən istifadə olunub. Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 227-sini vurub.

AZƏRTAC-ın əvvəllər xəbər verdiyi kimi, Kiyevə gecə zərbəsi nəticəsində iki nəfər həlak olub, səkkiz sakin yaralanıb. Ukrayna paytaxtının bir neçə rayonunda binalar yanıb, xilasedicilər dağıdılmış şəxsi evin dağıntıları altından bir kişini çıxarıblar.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30