Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

24.09.2026 [12:05]

Bakı Dövlət Universitetində (BDU) "FUTURE17 Challenge" proqramı çərçivəsində seçilmiş mentorlarla ilkin görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun iştirak etdiyi görüş zamanı "FUTURE17 Challenge" proqramının məqsədlərindən danışılıb. Həmçinin qarşıdakı mərhələlər, mentorların proqram çərçivəsində rolu və iştirakçılarla iş mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, proqram çərçivəsində mentorların təcrübə və biliklərindən istifadə etməklə iştirakçıların innovativ ideyalarının inkişaf etdirilməsi, layihələrin təkmilləşdirilməsi və real problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

Dünyanın nüfuzlu reytinq qurumlarından biri olan QS və İngiltərənin Ekseter Universiteti tərəfindən həyata keçirilən “FUTURE17 Challenge” layihəsinin tərəfdaşlarından biri də BDU-dur. Bu layihə çərçivəsində gənclərin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqəli innovativ ideyalarının və layihələrinin inkişaf etdirilməsinə, sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur. Proqram iştirakçıların innovativ düşüncə, komanda işi, layihələrin idarə olunması və problemyönümlü yanaşma bacarıqlarının inkişafına imkan yaradacaq.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30