“Pasxa atəşkəsi” elan edildi
11.04.2026 [09:30]
Yaxın Şərqdə mövcud gərginlik fonunda Rusiya-Ukrayna müharibəsi daha da şiddətlənir. Hazırda Kiyevə müttəfiqləri tərəfindən hərbi dəstəyin azalması nəticəsində qarşı tərəf hücumlarını gücləndirib. Belə bir şəraitdə təxminən bir həftə əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı münasibətilə atəşkəs təklif etmişdi. O, Vaşinqton vasitəsilə bu təklifi Moskvaya çatdırmışdı. O ümid etdiyini bildirmişdi ki, ABŞ Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək. Pasxa bayramı aprelin 12-dədir. “Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu demişəm və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik”, - deyə o söyləmişdi. Lakin ABŞ və Rusiyadan bu təklifə reaksiya olmadıqdan sonra Zelenski qarşı tərəfə enerji sektoruna hücumla bağlı qarşılıqlı atəşkəs təklif etmişdi. Lakin bu təklifə də heç bir reaksiya yoxdur.
Putinin qərarı, Zelenskinin mövqeyi...
Lakin Ukrayna Prezidentinin məyusluğu fonunda Rusiya Prezidenti Vladimir Putin gözlənilmədən Pasxa bayramı münasibətilə atəşkəs elan edib. Bu barədə Kremlin yaydığı açıqlamada bildirilib ki, atəşkəs aprelin 11-i saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq. Vladimir Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində hərbi əməliyyatları dayandırmağı, eyni zamanda, mümkün təxribatlara qarşı cavab verməyə hazır olmağı tapşırıb. Moskva Ukrayna tərəfinin də Pasxa atəşkəsi təşəbbüsünə qoşulacağını gözlədiyini açıqlayıb.
Rəsmi Moskva bu qərarı verməklə Kiyevin təklifi ilə deyil, özünün müstəqil şəkildə atəşkəs elan etdiyini nümayiş etdirir. Vladimir Putinin qərarına Ukrayna Prezidentinin cavabı özünü çox gözlətməyib. V.Zelenski ölkəsinin də buna uyğun addımlar atmağa hazır olduğunu bildirib. “Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanı atəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, - deyə Zelenski vurğulayıb.
Bəs bu atəşkəs danışıqlar prosesinin bərpasına təkan verə bilərmi? Ukrayna və Rusiya bu il artıq bir neçə danışıqlar raundu keçiriblər. Tərəflər atəşkəs barədə razılığa gələ bilməyiblər, çünki Rusiya Donbasın təslim edilməsini istəyir, Kiyev isə bunu rədd edir. “Reuters” agentliyinin isə öz mənbələrinə istinadən yaydığı məlumata görə, bugünlərdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-da Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib. Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir. Agentlik qeyd edir ki, səfər Rusiya neft tədarükünün yumşaldılması tədbirlərinin başa çatması ərəfəsində baş tutub (11 apreldə bitir - red.). Məlumata görə, bu məsələ Moskva ilə Vaşinqton arasında danışıqların gündəliyinə daxil edilə bilər. İstisna deyil ki, ABŞ Moskvanın təkliflərinə Ukrayna ilə danışıqların bərpası şərti ilə razılıq verə bilər.
Kiyev cəbhədə hərbi üstünlüyünü gücləndirməyə çalışır
Xatırladaq ki, bugünlərdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna nizamlaması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu və danışıqlar prosesinin başlanğıcından bəri Moskva ilə Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqelərinin xeyli yaxınlaşdığını bildirib. “Biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Əvvəlcə Rusiya və Ukraynanı münaqişəyə son qoymaq üçün heç olmasa nə istədiklərini ifadə etməyə inandıra bilmirdik. İndi buna nail olmuşuq. Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, zaman keçdikcə onların mövqeləri daha da yaxınlaşır”, - deyən Vensin sözlərinə görə, tərəflərin mövqeləri hələ tam uyğunlaşmasa da o, danışıqların perspektivinə nikbin baxır. Danışıqlar artıq “bu və digər istiqamətdə bir neçə kvadratkilometr ərazi ilə bağlı müzakirələrə” qədər irəliləyib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Moskvanın üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacağını bəyan edib.
Ukrayna Prezidenti Zelenski isə Kiyev və Moskva istisna olmaqla, Putinlə müxtəlif ölkələrdə görüş təklifi edib. Bununla belə Kiyev hesab edir ki, döyüş cəbhəsində hərbi üstünlüyün qazanılması danışıqlar prosesində də özünü göstərə bilər. Bu baxımdan, Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Kirill Budanov söyləyib ki, Rusiyanın neft terminallarına edilən hücumlar danışıqlar prosesinə təsir göstərir. Ukrayna növbəti danışıqlarda ruslardan çoxlu yeni fikirlər eşidəcək. “Rusiyaya hücumlar mütləq təsir göstərir. Bu, göz qabağındadır”, - deyə Budanov Rusiya neft terminallarına edilən zərbələrin danışıqlar prosesinə təsir edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib. O qeyd edib ki, bu zərbələr nəticəsində Rusiyanın mövqeyinin dəyişib-dəyişməməsi mübahisəli məsələdir: “Düşünürəm ki, Rusiya ilə növbəti danışıqlarda bir çox yeni şeylər eşidəcəyik. Hər halda, bu, mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirir və onu, necə deyərlər, zəif etmir”. Ukrayna rəsmisi deyib ki, Ukrayna qalib mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi etməlidir. Məqsədə çatmaq üçün istənilən vasitə haqlı və düzgündür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

