Aİ Ukraynadan əlini çəkir?
06.03.2025 [09:38]
Artıq Avropa İttifaqı da Ukraynanı meydanda yalnız buraxır. Ukraynanın Aİ-dən gözləntiləri boşa çıxır - bu günə kimi Kiyevə ümid verən, onu müasir hücum xarakterli silahlarla təchiz edəcəyinə, həm də ona daha əlavə maliyyə vəsaiti ayıracağına əmin edən “köhnə qitə” öz sözündən dönür. Belə ki, Avropa İttifaqı Ukraynaya 20 milyard avro məbləğində yeni hərbi yardım paketinin hazırlanmasını dayandırmaq qərarına gəlib.
Səbəbkar Macarıstan və Sloveniyadır?
Xatırladaq ki, bir neçə gün öncə Tramp administrasiyası Ukraynaya hərbi-maliyyə yardımını tamamilə dayandırdığını bəyan etmişdi. Təbii ki, Tramp belə bir addım atmağa Ağ Evdə Zelenski ilə yaşanan gərgin mübahisədən sonra qərar verib. Tramp Zelenski ilə normal dialoqun yalnız Kiyevin Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazır olduqdan sonra mümkün olduğunu bildirib.
Bu arada martın 2-də Londonda keçirilən sammitdə Aİ-nin və Avropa ölkələrinin liderləri, eləcə də Kanada və NATO-nun rəhbəri Ukraynanı yalnız qoymayacaqlarını və sona qədər Kiyevin arxasında olacaqlarını bəyan etdilər. Belə demək mümkünsə, Zelenskiyə mübarizəni davam etdirmək üçün ümid verdilər. Amma Aİ-nin son qərarından görünür ki, dünən Ukraynaya söz verənlər, bu gün öz sözündən dönürlər. Görəsən, Aİ-ni öz vədindən dönməyə nə vadar edib? Qərb KİV-inin məlumatında qeyd olunur ki, Aİ Şurasında Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı qızğın müzakirələr aparılan zaman Macarıstan və Sloveniya bu paketin hazırlanmasına qarşı çıxıblar. Hər iki ölkə paketə veto qoyublar. Doğrudur, Avropa İttifaqının qanunvericiliyinə görə, Aİ Şurasında istər daxili, istərsə də xarici siyasətlə bağlı məsələlərin müzakirəsində bütün üzv dövlətlərin rəyi nəzərə alınır və qərarlar konsesus çərçivəsində qəbul olunur - əgər bir üzv ölkə hər hansı qərara veto qoyursa, o qərar icra olunmur.
Amma maraqlısı budur ki, Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra, hətta müharibədən əvvəl Aİ Şurasında Rusiyaya qarşı sanksiya paketləri müzakirə olunan zaman Macarıstan bu paketlərin bir çoxuna veto qoymuşdu. Budapeştin etirazlarına baxmayaraq, bu sanksiya paketləri qüvvəyə mindi. Necə olur ki, vaxtilə Macarıstanın mövqeyini nəzərə almayan Brüssel və Aİ-nin üzv ölkələri indi onun veto hüququna hörmət edirlər. Ekspertlərin fikrincə, Aİ-nin bu addımı onun Ukraynada müharibənin tez bir zamanda başa çatmasında maraqlı olmasından irəli gəlir və yaxın zamanda bunun reallaşması üçün müxtəlif bəhanələrə əl atacağı istisna deyil.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-dan sonra Avropa İttifaqı da Ukraynaya bütün dəstəyi dayandıracaq: “Ağ Evdə Tramp ilə Zelenski arasında son gərgin görüşdən sonra Qərb yarımkürəsində Ukraynaya münasibətin kəskin dəyişdiyini görürük. Artıq ABŞ Ukraynaya hərbi-siyasi və iqtisadi yardımları dayandırdı. Hətta Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə də qadağa qoyulub. Sözsüz ki, bu da digər Qərb dairələrinə təsirsiz ötüşməyə bilməzdi. Aİ və Avropa ölkələri aydın şəkildə başa düşüblər ki, daha əvvəlki vəziyyət olmayacaq və Ukraynadakı proseslər onların əleyhinə cərəyan edir. Nəticə etibarı ilə Aİ Ukraynaya 20 milyard avro dəyərində hərbi yardım paketinin hazırlanmasını dayandırmaq qərarına gəldi. Bu onu deməyə əsas verir ki, Aİdə Ukraynanı Rusiya ilə müharibə meydanında yalnız buraxmaq niyyətindədir”.
Aİ son qərarı ABŞ-ın təzyiqi altında verib
“Şübhəsiz ki, Avropa İttifaqının liderləri ABŞ-ın ciddi təzyiqləri ilə üzləşiblər. Bu, onları çıxılmaz vəziyyətə salıb. Onların bu qərarında Vaşinqtonun rolu danılmazdır. Bu, ABŞ-ın Avropa üzərində təsir rıçaqlarının güclü olduğunu, eləcə də Aİ-nin ABŞ-dan asılılığını göstərir. Aİ Ukrayna ilə bağlı bundan sonrakı qərarlarında da ABŞ-ın mövqeyini nəzərə almaq məcburiyyətində olacaq,” - deyə İ.Hüseynov vurğulayıb.
Zelenski çıxılmaz vəziyyətdə qalıb
Politoloq bildirib ki, Ukraynada çox ağır və acınacaqlı durum hökm sürür: “Qərb analitiklərinin fikirlərinə görə, Ukraynada müharibənin sona çatması üçün rəsmi Kiyevin ərazi güzəştinə getməsindən başqa çıxış yolu qalmayacaq. Zelenski daha böyük ərazi itkiləri ilə üzləşməmək üçün Moskva ilə atəşkəs sazişi imzalamaq məcburiyyətində qalacaq. Düzdür, bu hal ölkə daxilində Zelenski hakimiyyətini ciddi müqavimətlə üz-üzə qoyacaq. Amma reallıq budur ki, müharibədə vəziyyət Ukrayna üçün daha mənfi ssenari üzrə inkişaf edir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

