“Minskdə televizor olmayacaq”...
28.12.2024 [09:36]
Ermənistanın baş naziri ironiya hədəfinə çevrildi
Builki MDB liderlərinin qeyri-rəsmi sammiti bəzi “özəllikləri” ilə yadda qaldı. Tədbirdən öncə Aktau yaxınlığında Qroznı-Bakı reysi ilə uçan AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev dərhal geri dönmək barədə tapşırıq verərək ölkəmizə qayıtdı. Ermənistanın baş naziri Nikol Paşinyan isə toplantıya günlər qalmış “koronavirusa yoluxduğunu” bəyan edərək Sankt-Peterburqa getmədi. Xatırladaq ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti ilə yanaşı, həm də Aİİ-nin sammitinə də qatılmalı idi - qurumun fəaliyyətdə olan sədri olsa da, Ermənistan baş nazirinin tədbirə qatılmaması digər dövlət başçıları tərəfindən heç də xoş qarşılanmadı.
Lukaşenko Paşinyana siyasi dərs keçdi...
Bu haqlı “narazılıq” isə Paşinyanın toplantılara distant şəkildə qatılması ilə özünü büruzə verdi. Səbəb isə bəlli idi - Paşinyan koronavirusa yoluxmuş “xəstəyə” oxşamırdı (bu haqda daha sonra). Bunu erməni baş nazirin “üzünə vuran” isə Belarus Prezidenti Aleksandr Lukaşenko oldu. Lukaşenko növbəti iclasın Minskdə keçiriləcəyini anons edən zaman N.Paşinyan tələm-tələsik Ermənistan nümayəndə heyətinin Belarusda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sessiyalarında da distant iştirak edəcəyini və ya iştirak etməyəcəyini bəyan etməsi bütün “suallara” cavab verdi - bu dəfə koronavirusu bəhanə edən Paşinyan görəsən, Minsk toplantısı zamanı nəyə yoluxacaq?
Lukaşenko bu tələskənliyin səbəbini soruşsa da, Paşinyan qeyri-müəyyən cavab verərək sualdan yayındı - özünün MDB liderlərindən incikliyini aşkar şəkildə nümayiş etdirdi. Bu isə Lukaşenko ilə Paşinyan arasında qısa mübahisəyə səbəb oldu. Xatırladaq ki, Paşinyan A.Lukaşenkonun Azərbaycan haqqında yüksək fikirlərdən və Ermənistan rəhbərliyi barədə ifşaedici açıqlamalarından sonra bir daha Belarusa getməyəcəyinə söz vermişdi. Bu dəfə Belarus Prezidentinin “Problem nədir? Minskdən nə qədər məsafə var? Yoxsa səni mindirən yoxdur? Yaxşı, lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, - deyə ironiyalı şəkildə çıxış yolunu göstərməsi Paşinyanı daha da ağır vəziyyətə saldı.
Əslində Belarus Prezidentinin Paşinyana bu iradları bir dövlət, hökumət başçısı üçün ən yumşaq şəkildə ifadə etsək, “ölümdən betər” idi - Paşinyan özünün acizliyini, xidmət etdiyi qapıların əmrindən çıxa bilmədiyini, sözdə müstəqil olsa da, kölə xislətinə malik olmasını bu iradlarla təsdiqləyirdi. Kamera qarşısında gözünü gizlətməsi, üzünü yana çevirməsi, zorla da olsa üzünə təbəssüm gətirməyə çalışması isə gözdən yayınmırdı - cavab olaraq onu bildirdi ki, bundan əvvəl də qərarı ilə bağlı açıqlama verib (bütün məmurların Belarusa səfərinə qadağanı nəzərdə tuturdu). Lukaşenkonun “bu bəyanatı nəzərə alacağına” söz verməsi isə Paşinyanı daha da pis vəziyyətə saldı. Belarus Prezidentinin son sözü isə Paşinyanın siyasi karyerasının bəlkə də ən ağır cümləsi kimi yadda qalacaq... “Minskdəki sammitdə televizor” olmayacaq”...
Paşinyanın “korona” əlamətləri...
Qeyd etdiyimiz kimi, Paşinyanın özünün xahişi ilə Sankt - Peterburqda keçirilən sammitə qatılmaması siyasi etika baxımından ən sonuncu hərəkət idi - koronavirus bəhanəsi ilə tədbirdən yayınması isə qeyri-ciddi təsir bağışladı. Ən azından bu iddianın arxasında vizual “xəstə görüntüsü” də olmalı idi. Axı, iki ildən artıq dünyanı cənginə almış koronavirus xəstəliyinin əsas simptomları və koronaya yoluxmuş insanlarda aşkar edilən əlamətlər hər kəs üçün bəlli məsələdir. Məsələn, demək olar ki, bütün koronavirus xəstələrində rast gəlinən quru öskürək, nəfəs darlığı və ya zəiflik, yorğunluq və ya ümumi halsızlıq, titrəmə Paşinyanda müşahidə olunmurdu. Tam əksinə, erməni baş nazir hər zamankından daha sağlam görünürdü. Bu mənada tapılan “bəhanə” yerinə oturmamışdı.
Paşinyanda hətta daha az rast gəlinən simptomlar: gözlərdə qızartı, yuxu pozğunluğundan qaynaqlanan yuxusuzluq, ağır öskürək və kronik nəfəs problemləri də müşahidə edilmirdi. Nəzərə alsaq ki, bu əlamətlər adətən 2-14 gün arasında aktiv olur, məntiqlə bütün bu hallar Nikol Paşinyanda gözlə görünəcək qədər müşahidə olunmalı idi...
Baş naziri ilə eyni gündə olan Ermənistan...
Demək ki, Paşinyanın boyun qaçıraraq tədbirlərə qatılmaması başqa “mərəz”dən qaynaqlanır. Nəinki özünün müstəqil dövlətçilik ənənəsini formalaşdıra bilməyən, hətta xarici səfərlərə yollanmaq kimi qərarları vermək ixtiyarı belə əlində olmayan Paşinyan yenə də Fransa kimi destruktiv ölkələrin “yanı” olmaqdan əl çəkmədiyini göstərir. Ermənistanın hazırki vəziyyəti ilə baş nazirin durumu da düz mütənasibdir - Ermənistanın gələcəyi sual altındadır, Paşinyanın bu gedişlə siyasi karyerası çəkic altındadır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10

