“Toplum” yox, XALQ!
07.03.2024 [16:02]
Müstəqil vətəndaş yox, müstəqil DÖVLƏT!
(BU GÜNÜN ÇAĞIRIŞI)
“Toplum TV” işi ilə bağlı sosial şəbəkələr vasitəsilə yayılan məlumatların cəmiyyətə dürüst izah edilməsini vacib hesab edirəm.
Bu barədə Mir Şahin Ağayev özünün fasebook səhifəsindəki paylaşımında yazıb.
yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən dövlət suverenliyini tam təmin etməsinin ABŞ-ın müəyyən dairələrinin, Fransa və s. tək neokolonialist dövlətlərin, ümumiyyətlə Ermənistanın işğalçı mahiyyətinin, davranışının, xarakterinin yanında olan ölkələrin də məğlubiyyəti olduğu faktdır. Cəbhədə-açıq döyüşdə məğlub olanlar bunun əvəzini çıxmağın başqa yollarını axtarırlar. Bu zaman bel bağladıqları əsas qüvvələr isə Azərbaycanda saxladıqları “Troya atı”nın içinə yerləşdirdikləri “bizimkilər” olur. Onlar bu “atın” “qarnında” məqam gözləyir, uyğun tapşırıq alan kimi meydana çıxır və sahiblərinin əmrinin icrasına başlayırlar. Şəraitə uyğun olaraq “Troya atı”nın içindəkilər dəyişirlər. İstifadə olunmuşlar gedir, təzələr gəlir...
Yəqin elə buna görə “Toplum” (və “Abzas”) işində mənim diqqətimi ilk növbədə- saxlanılanların gənc və əksəriyyətinin isə çooox gənc olması cəlb etdi. Deməli yeni yetkinləri, yeni ağlı kəsənləri, yeni təcrübəliləri aldatmaq, yoldan çıxarmaq SAHİBLƏRİ üçün daha mümkün deyil, ya da çox çətindir. Ona görə də artıq hədəfdə məsumluq dövrünü yaşayan, tora tez düşmə ehtimalı olan çooox gənclər və yeniyetmələrdir. Toplum TV-nin üzdə olan rəhbəri Xədicə İsmayılın hüquq-mühafizə orqanlarımızın apardığı əməliyyatdan AZ SONRA- (niyə “az sonra”-nı xüsusi qabardıram, çünki Xədicə İsmayılın kifayət qədər jurnalist təcrübəsi var və o hamını yalançı çıxarmağa iddialı açıqlama verməzdən qabaq, yəqin ki, bütün zəruri məlumatları toplamalı və yalnız bundan sonra mediaya danışmalı idi…) verdiyi açıqlamaya qulaq asdım və belə anladım ki, guya saxlanılan gənclərdə və çooox gənclərdə bu əməliyyatdan sonra öz vətənləri haqqında pis rəy yaranacaq. Buna səbəb isə heç demə…”Toplum TV”-nin ofisində aparılan axtarış, polis tərəfindən saxlanma və s. bir sözlə incik Xədicə “Toplum”unun qanunun məsuliyyət zonasında rastlaşdığı təbii proseslərmiş….
Vay, vay, vay…
Həyatda ilk addımlarını bir ovuc “toplumun” içində atan gənclər və çooox gənclər dövlətdən, onun qanunlardan bunu heç gözləməzmişlər...
Amma əbəs yerə.
Qanun hamı üçün qanundur.
Və əslində isə bu gün “Toplum”, dünən “Abzas” gənclərinin və çooox gənclərinin məyusluq, xəyal qırıqlığı səbəbi şəxsən Xədicə İsmayıl və onun kimilər olmalıdır.
O məsum uşaqları yalana, böhtana, qaralamaya öyrətdiklərinə görə.
Öz Vətəninə, öz Azərbaycanına, öz Qələbəsinə nifrət aşıladığına görə.
…Xatırlayıram: “Abzas” ətrafında əməliyyat aparılırdı, saxlanmışlar var idi. Amma proses bitməmişdi, həbslər hələ olacaqdı, bax o zaman bir video yayılmışdı: burda “Abzas”-ın çooox gənc bir xanım əməkdaşı həbsxanaya tədarük görür, çantasını hazırlayırdı, fonundakı divarda isə belə bir şüar asılmışdı: “Yanlış yoldayım! Ama yol nasıl güzel”.
… Bəli, çox təəssüf ki yanlış yollar əksər hallarda gözəl görünür. Əslində gözəl olmasa da.
…Gerçək gözəl yol isə işğaldan azad edilmiş Qarabağa, Şuşaya, Xankəndiyə, Xocalıya… aparandır.
-Bəs onda Xədicə İsmayıl niyə özünü Göyçək Fatmaları kifirləşdirən napak qarı kimi aparır? O gənclər axı Xədicəyə, Xədicəkimilərə inanıb “gözəl”, amma YANLIŞ yola düşürlər…
-Bu hadisə ilə “Azərbaycanda müstəqil media qapadılır!”, “tənqidçi media susdurulur” kimi bəyanatlar verməyə Xədicə İsmayılın vətəndaş əxlaqı necə yol verir?
-Kimdir müstəqil?
-Pulunu xaricin şübhə dolu ciblərindən alan, o qüvvələrin iradəsindən tam asılı olan “çərpələng media”? Asılı: qulbeçə, kəniz, qaravaş xislətli “media”dır müstəqil “media”?
- Kimdir tənqidçi media?
- Böhtançı, iftiraçı, qarayaxmaçı mediadı onun gerçək adı.
“Toplum”, “Abzas” və s . bu kimi platformalar özünü Azərbaycanın düşməni olan dövlətlərlə bir yerdə görür, onların vətənimizə qarşı apardığı informasiya müharibəsində müttəfiq kimi iştirak edirlər.
…Azərbaycan bir müharibədə mükəmməl qələbə qazandı. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi! İndi isə başqa bir müharibəyə cəlb edilmişik. Beynəlxalq mütəşəkkil qüvvələrin - ABŞ, Fransa kimi dövlətlərin, AŞPA və Avropa İttifaqı kimi qurumların Azərbaycana elan etdiyi informasiya müharibəsinə. Bu müharibədən də qalib çıxacağıq. BUNU ETMƏYƏ SADƏCƏ BORCLUYUQ! Milli Azərbaycan mediası bu müharibədə Qarabağı azad edənlərin səviyyəsində olmağı bacarmalıdır. Ən yüksəkdə. Şuşa Zirvəsində olmağı bacarmalıdır. Media adı altında şübhəli, hətta cinayət fəaliyyəti ilə məşğul olanlar isə təbii ki aşkar edilməli, qanun ayağına gətirilməlidir. Azad Media Azad Şuşadır! Azad Media Azad Xankəndidir! Azad Media Azad Laçındır! Azad Media Azad Kəlbəcərdir… Azad Media Azad etdiyimiz hər qarışdır.
İndi isə şüuru işğal altında olan bir vətəndaş toplusu üzərində Azadlıq əməliyyatı aparılır. Onların da Azad olan günü olacaq. Şəxsən mənə və bizə başqa “azadlıq” lazım deyil. Azərbaycanın AZADLIĞI olan yerdə!"
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

