“Kaan”la bağlı yeni təkliflər
22.02.2024 [10:55]
Türkiyə Azərbaycanla əməkdaşlığa üstünlük verəcək
Türkiyənin ilk milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. “Kaan”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatıb. Türkiyə bu təyyarəni ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edib.
Ümumiyyətlə, döyüş təyyarəsi barədə məlumatlar yayılmağa başladığı gündən etibarən rəsmi Ankaraya birgə əməkdaşlıqla bağlı çoxsaylı təkliflər gəlməkdədir. Azərbaycan isə hələ ötən ildən “Kaan” proqramının rəsmi üzvü olub. Müqaviləyə görə “Kaan”ın birgə istehsal və təkmilləşdirmə fəaliyyəti ilə bağlı iş prosedurları, əməkdaşlıq prinsipləri müəyyən ediləcək və Azərbaycanın təyyarələr üçün alt sistemləri istehsal etməsinə zəmin yaranacaq.
Azərbaycan layihəyə rəsmən qoşulduqdan sonra Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında müdafiə sənayesində istehsal üçün tərəfdaşlıq imkanı yaradılıb. Türkiyə müdafiə sənayesinin “prestij layihələrindən” biri olan “Kaan” beşinci nəsil döyüş təyyarələri sahəsində rəqabət aparacaq qədər güclüdür. Bir müddət əvvəl Türkiyə Hərbi Hava Qüvvələri yeni bir qüvvə planlaşdıraraq “Kaan”ın dizaynında köklü dəyişikliklər etdi. Beləliklə, bahalı olmasına baxmayaraq, əsl beşinci nəsil reaktiv təyyarə ortaya çıxdı. Hazırda Türkiyə bu təyyarəyə sərmayə qoya biləcək başqa ölkələr axtarır.
Məsələn, keçən il Müdafiə Sənayesi Rəyasət Heyəti “Kaan”da istifadə olunacaq turbofan mühərrikinin ilkin dizayn mərhələsi üçün tender elan etdi. Tenderə iki tərəfdaşlıq təklifi verildi. Bunlardan biri TEİ-nin Ukraynanın İvçenko Proqressi ilə tərəfdaşlığı, digəri isə “Kale Group” tərəfindən “British Rolls-Royce” ilə birlikdə qurulan “TAEC” Uçak Motor Sanayi şirkəti idi.
Pakistan da bu yaxınlarda “Kaan”la bağlı mühüm açıqlama vermişdi. Pakistanın Ravalpindi şəhərindəki Baş Qərargahında üç ölkənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə ikinci üçtərəfli müdafiə əməkdaşlıq görüşü keçirilib. Müdafiə avadanlığı texnologiyaları sahəsində mümkün əməkdaşlıqların müzakirə edildiyi görüşdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı üçtərəfli müdafiə əməkdaşlığının artırılması barədə razılığa gəliblər.
Ötən ilin avqustunda isə Türkiyənin Pakistanla “Kaan” tərəfdaşlığı ilə bağlı danışıqlara başlamağı planlaşdırdığı xəbəri gəldi. Türkiyə müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçi iki ölkənin yaxın vaxtlarda danışıqlara başlayacağını qeyd etmişdi. O artıq 200-ə yaxın pakistanlı məmur və mühəndisin “Kaan”ın istehsalına kömək etdiyini açıqlamışdı.
Xatırladaq ki, Rusiya da “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edən ölkələr sırasındadır. Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib ki, Moskva əməkdaşlığa hazırdır: “Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə müdafiə sənayesi pilotsuz və pilotlu aviasiya vasitələri istehsalında çox ciddi addımlar atır: “Paralel olaraq adıçəkilən vasitələrdə istifadə oluna biləcək sursatların geniş bir spektrini istehsal edir. Bu halda təbii ki, bir çox ölkələr, o cümlədən geniş imkanlara malik olan ölkələr - Rusiya, Pakistan, Ukrayna, Azərbaycan bu vasitələrin istehsalında Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir. Ancaq proseslər onu göstərir ki, müdafiə sənayesi istehsalı sahəsində “KAAN”ın kütləvi istehsalına kifayət qədər yaxınlaşıb. Birgə istehsal məsələsinə gəldikdə isə, Türkiyənin daha çox Azərbaycan və Pakistanla əməkdaşlığa üstünlük verəcəyini güman edirəm”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

