Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31.08.2026 [11:09]

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Sadır Nurqojoyeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Qırğızıstan Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və genişmiqyaslı quruculuq sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qardaş ölkə olaraq Qırğızıstanın uğurlarına öz uğurumuz qədər sevinirik.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Əminəm ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31