Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

30.08.2026 [15:18]

İtaliyanın Siciliya adasında açıq ərazilərdə yanğın baş verib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yanğın Çiminna şəhəri ilə Ventimilya di Siciliya arasındakı kolluqda başlayıb və geniş əraziyə yayılıb.

Yanğınsöndürənlər alovun qarşısını almaq üçün su daşıyan maşınlardan, eləcə də təyyarə və helikopterlərdən istifadə ediblər.

Yanğın ərazidəki evlərə təhlükə yaratdığı üçün oradakı insanların bir hissəsi təxliyə olunublar. Yanğın zamanı xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.

Siciliya adasındakı Trapani, Aqrigento və Messina şəhərlərinin yaxınlığında da yanğınlar baş verib.

Adada temperaturun 40 dərəcəni keçdiyi və bəzi yanğınların qəsdən törədildiyinin ehtimal olunduğu bildirilib.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31