Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Geomaqnit qasırğası gözlənilir

Geomaqnit qasırğası gözlənilir

12.02.2024 [14:04]

Kosmik hava proqnozu açıqlanıb.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30