Müşahidəçi: İndiyə qədər belə fəal seçki prosesi görməmişdim
07.02.2024 [19:07]
Müstəqilliyimizi qazandıqdan sonra ilk dəfədir ki, seçkilər ölkəmizin bütün ərazilərini əhatə edir. Qalib ölkənin qalib vətəndaşları Zəfər seçkilərində qürurla iştirak edir, səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir.
16 saylı Yasamal 2-ci seçki dairəsinin 3 və 4 saylı məntəqələrində müşahidəçi qismində iştirak edən Aqşin Kərimov bildirib ki, səhər saat 8-dən etibarən 16 saylı Yasamal 2-ci seçki dairəsinin 3 və 4 saylı məntəqələrinə vətəndaşların axını var. Hətta səsvermə prosesinin başlandığı ilk dəqiqələrdə 100-150 nəfərədək seçicinin eyni anda seçkilərdə iştirak üçün gəldiyini müşahidə etdik. Vətəndaşlarda əhval-ruhiyyə çox yaxşıdır. Hər kəs seçkilərdə aktiv iştiraka vətəndaş borcu olaraq yanaşır. Hətta sağlamlığında müəyyən problemlər olanlar, xəstələr, ahıl yaşlı vətəndaşlar da özləri məntəqələrə gəlirlər.
"İyirmiyə yaxın yerli müşahidəçi prosesi yaxından izləyir. Səsverməyə gələn vətəndaşların qarşılanması və yola salınması proseslərinə də diqqət yetiririk. Heç bir pozuntu halına rast gəlməmişik. Vətəndaşlar öz seçki hüquqlarından heç bir problem olmadan yararlanırlar", - deyə müşahidəçi Aqşin Kərimov diqqətə çatdırıb.
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə məntəqələrdə müşahidəçi qismində iştirak edən Yəhya Abbasov isə Zəfər seçkiləri haqqında təəssüratlarını belə ifadə edib: “Mənim seçki prosesi ilə bağlı böyük təcrübəm var. Əvvəllər dairə seçki komissiyasının üzvü, o cümlədən məntəqə sədri olmuşam. İndiyə qədər belə fəal seçki prosesi görməmişdim”.
Y.Abbasov fikirlərinə belə davam edib: “Binəqədi rayon 244 nömrəli tam orta məktəbdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə üç məntəqə - 19, 20, 21 saylı məntəqələr yerləşir. Hələ səhər 8-in yarısında məktəbin həyətində 500-dən çox seçici var idi. Hazırda da məntəqələrə gəlib səs verən seçicilərin ardı kəsilmir. Bir müşahidəçi kimi seçicilərin fəallığını, prosesin isə şəffaf və demokratik aparıldığını görürük”.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, yerli müşahidəçi Vüqar Məhərrəmov isə diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqı üçün bayramdır. 30 ilə yaxın həsrətdən sonra ilk dəfə vətəndaşlarımız bütöv və suveren ərazilərimizdə səs verirlər. Bu, qürurverici hadisədir. Azərbaycan xalqı növbəti tarixi hadisəyə şahidlik edir. Bu günləri bizə nəsib edən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.
O qeyd edib ki, insanlar səsvermə prosesində mütəşəkkil iştirak edir, öz namizədlərinə sərbəst şəkildə səs verirlər: “Mən əslən Naxçıvan şəhərindənəm. İşimlə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində səs verdim. Səsvermədə iştirak edən vətəndaşların qarşılanması və yola salınması proseslərinə xüsusi diqqət yetiririk. İndiyə qədər pozuntu halına rast gəlməmişik”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

