Xalq-Lider birliyi bir daha öz sözünü deyəcək
24.01.2024 [15:48]
Yeni Azərbayan Partiyasının Veretanlar Şurasının üzvü, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin yap.org.az-a müsahibəsi
- Sudeif müəllim, bu gün tərəqqi və Zəfər zirvəsinə yüksəlmiş Azərbaycan olduqca zəngin və şərəfli inkişaf yolu keçib. Müasir dövlətçilik tariximizin müstəqillik dönəminə nəzər saldıqda hansı reallıqların şahidi oluruq?
- Bu gün Azərbaycan dünyada müstəqil ölkə kimi inkişafda olan, uğurlu daxili və xarici siyasəti ilə fərqlənən bir dövlətdir. Azərbaycanın bu səviyyəyə yüksəlməsi asan olmayıb. 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət gərginləşirdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdlarından deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər.
Bildiyiniz kimi, SSRİ dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq, həmin problemlər daha da çətinləşirdi. 1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, ölkənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası, mənəvi cəhətdən sarsılmışdı.
Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-Müsavat hakimiyyəti də idarəçiliyi bacarmır. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, onların yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Xalq, o cümlədən cəmiyyətimizin öndə gedən ziyalıları Azərbaycanın xilasını Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Belə bir şəraitdə, 1992-ci ilin noyabrında böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Partiya yaradılandan cəmi 6 ay sonra hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev qısa müddətdə respublikada ictimai-siyasi sabitliyi bərpa etdi, Azərbaycanı inkişaf yoluna çıxardı. Heydər Əliyev müstəqil Azərbaycanın sarsılmaz təməllərini atdı və inkişaf strategiyasını müəyyənləşdirdi.
2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev Azərbaycanı bugünkü zirvələrə yüksəldib.
Bu gün hər bir sahədə uğurlar qazanılıb. Hazırda Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir. Dövrün reallıqlarına uyğun atılan addımlar, təkmilləşmə, yeniləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin icrası, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, demokratik prinsiplərin qorunması, diplomatik mübarizədə qələbələr, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Silahlı Qüvvələrimizin formalaşdırılması, yeni dostların, tərəfdaşların qazanılması və sair kimi mühüm hadisələr son 20 ilin reallıqları və uğurlarıdır.
Onların zirvəsində Azərbaycanın Zəfəri dayanır. Yaranmış reallığı bir daha böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın xilaskarı, möhtərəm Prezidentimiz İlham Əliyev isə qalib ölkənin qalib Lideri kimi yazdı. Bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir.
- Fevralın 7-də keçiriləcək prezident seçkiləri barədə nə deyə bilərsiniz?
- Qarşıdan gələn prezident seçkilərinin xüsusi əhəmiyyəti var. Müstəqil Azərbaycan tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü il antiterror tədbirlərindən sonra ölkəmizdə yeni reallıq yaranıb və bu seçki suverenliyimizin yeni keyfiyyətdə təsbitinə yönəlib.
7 fevral seçkiləri Zəfər seçkiləri kimi tariximizə yazılacaq. Ölkəmizin Prezidenti xalqımıza verdiyi sözə əməl etdi. Ardıcıl fəaliyyətlə xalq-Lider birliyinə ən yüksək səviyyədə nail oldu, ərazi bütövlüyünü təmin edərək bayrağımızı bütün torpaqlarımızda şərəflə ucaltdı.
Belə bir şəraitdə prezident seçkilərin keçirilməsi tamamilə məntiqlidir. Xalqımız öz iradəsini ortaya qoymaq imkanı əldə edib və onu nümayiş etdirəcək. Azərbaycan xalqı Prezidentin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir.
İndiyədək keçirilmiş seçkilər zamanı olduğu kimi budəfəki seçkilərdə də seçki qanunvericiliyinə əsasən bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Bununla belə, cənab İlham Əliyev Zəfər seçkisində parlaq qələbə qazanacaq. İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın gələcək inkişafını müəyyənləşdirəcək və ölkənin daha da çiçəklənməsinə xidmət edəcək. İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan dövlətinə yalnız uğur gətirə bilər. Ona görə də mən bütün vətəndaşlarımızı səsvermə günü fəal olmağa və qalib Liderimizə səs verməyə çağırıram!
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

