Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

25.08.2026 [17:25]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 25-i saat 12:00-dan avqustun 28-i saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri avqustun 28-dən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

- Əmək kitabçasının surəti.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31