Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib
25.08.2026 [19:27]
Azərbaycan və Özbəkistan arasında akademik əlaqələrin mühüm göstəricilərindən biri də tələbə mobilliyidir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Özbəkistanın 3 vətəndaşı təhsil alır. Onlardan 2-si bakalavriat səviyyəsində – “Sənaye mühəndisliyi” və “Biznesin idarə edilməsi” ixtisaslarında, 1-i isə magistratura səviyyəsində “Biznesin idarə edilməsi (MBA)” ixtisası üzrə təhsil alır. Bu, UNEC-in beynəlxalq tələbə mühitinin genişlənməsi ilə yanaşı, Azərbaycan və Özbəkistan gəncləri arasında akademik və mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Qeyd olunub ki, əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri Özbəkistan müəllimləri üçün UNEC-də təşkil olunan peşəkar inkişaf proqramlarıdır. 2025-ci ilin dekabr, 2026-cı ilin iyun-iyul aylarında Özbəkistanın orta məktəb və ali təhsil müəssisələrindən ümumilikdə 69 müəllim UNEC-də müxtəlif intensiv təlim proqramlarında iştirak edib. Proqramlar müasir tədris metodları, rəqəmsal texnologiyaların təhsildə tətbiqi, süni intellekt alətlərindən istifadə, layihəəsaslı öyrənmə, liderlik bacarıqları və beynəlxalq təhsil təcrübəsinin öyrənilməsi kimi istiqamətləri əhatə edib.
İyul ayında UNEC-də Özbəkistanın Xarəzm vilayətindən 30 müəllim üçün təşkil olunan beşgünlük intensiv peşəkar inkişaf proqramında “Flipped Education/Flipped Classroom” modeli, innovativ pedaqoji yanaşmalar, rəqəmsal tədris alətləri və praktiki bacarıqlar əsas mövzular olub.
Özbəkistan Bank və Maliyyə Akademiyasının 17 nəfərlik tələbə heyəti üçün UNEC-də keçirilən intensiv təlim proqramı çərçivəsində maliyyə bazarları, risklərin idarə edilməsi və peşəkar bacarıqlar üzrə təlimlərlə yanaşı, iştirakçıların Azərbaycanın maliyyə sektorunun fəaliyyəti ilə tanışlığı təmin edilib.
Təlim proqramının praktiki komponenti çərçivəsində iştirakçılar “Rabitabank” və SOCAR-da olublar. Onlar qurumların fəaliyyət istiqamətləri, idarəetmə mexanizmləri, maliyyə siyasəti, korporativ idarəetmə və beynəlxalq əməkdaşlıq təcrübəsi ilə tanış olublar. Bu yanaşma UNEC-in akademik biliklərlə real sektor təcrübəsini birləşdirən təhsil modelinin tərəfdaş ölkələr üçün də əlçatan olmasına imkan yaradır.
UNEC və Özbəkistan arasında əməkdaşlığın strateji istiqamətlərindən biri elmi-tədqiqat fəaliyyətidir. UNEC-in Nizami Gəncəvi adına Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında 24 yanvar 2025-ci ildə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum Azərbaycan, Özbəkistan və digər Türk Dövlətləri Təşkilatı ölkələrində davamlı inkişaf məqsədlərinin tədqiqi üzrə birgə elmi-praktik layihələrin, konfrans və seminarların keçirilməsini, təcrübə mübadiləsini, analitik materialların hazırlanmasını, kollektiv monoqrafiyaların və beynəlxalq konfrans materiallarının nəşrini nəzərdə tutur.
Müasir elmi əməkdaşlığın prioritet istiqamətlərindən biri də süni intellektdir. UNEC ilə Səmərqənd İqtisadiyyat və Xidmət Universiteti arasında imzalanmış memorandum süni intellekt sahəsində birgə layihələrin hazırlanmasını, eləcə də ortaq elmi məqalə və kitabların nəşrini, elektron kitabxana resurslarının paylaşılmasını və birgə elmi konfransların təşkilini əhatə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22

