Növbəti mərhələ...
23.12.2023 [10:50]
İmzatoplama kampaniyası
Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq tədbirlər həyata keçirir. Demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn prezident seçkiləri haqqında da deyə bilərik. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. MSK-nın dekabrın 19-da keçirilən iclasında isə İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyevin və keçmiş Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin də prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. MSK-nin dekabrın 21-də keçirilən iclasında bu şəxslərin də namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bundan sonrakı mərhələdə isə namizədliyin qeydə alınması üçün qanunvericiliyə uyğun olaraq müəyyən vaxt çərçivəsində imza toplanmalıdır.
Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Namizədlər rəsmi qeydiyyata alınmaları üçün qanunvericiliyin tələb etdiyi sayda imza toplayaraq MSK-ya təqdim etməlidir. Qurum imzaların düzgünlüyünü yoxladıqdan sonra qeydiyyat barədə qərar verəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

