Növbəti yalan
22.12.2023 [10:30]
Ermənistan mətbuatında AZƏRTAC ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir
Döyüş meydanında Azərbaycana uduzan Ermənistan informasiya cəbhəsində ölkəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirir. Bununla beynəlxalq miqyasda ölkəmizin imicinə zərər vurmağı hədəfləsə də, erməni tərəfi heç nəyə nail ola bilmir. Ermənilərin növbəti hədəfi isə AZƏRTAC olub. Belə ki, erməni mediasında guya AZƏRTAC-ın hansısa beynəlxalq tədbirlə bağlı yazıda təhrifə yol verdiyi iddia olunur.
Lakin AZƏRTAC qarşı tərəfin iddialarının əsassız olduğunu bəyan edib. Bununla bağlı agentliyin yaydığı məlumatda qeyd olunur: “Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və agentlik həmin tədbirdə iştirak etməyib. Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxlanılıb. Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Vasilevska, redaktoru M.Yavuz olduğu aydın görünür. Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi tövsiyə edirik”.
Bildirilib ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd ediblər: “Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbirdə iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müraciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adı çəkilən digər professor Marcori Kaslın isə agentliyə müraciəti daxil olmayıb. Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib”.
Bir daha bəyan olunub ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-relizi əsasında dərc edib və agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etməyib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edilib və bu agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyərləndirilib.
Bütün bunları informasiya müharibəsinin tərkib hissəsi hesab etmək olar. Ümumiyyətlə, Azərbaycan haqsız informasiya müharibəsi ilə üz-üzədir. Bununla belə, dövlətimiz imkanları daxilində Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş belə kampaniyalara qarşı mübarizə aparır. Ölkəmizə qarşı informasiya müharibəsində Ermənistana onun havadarları da dəstək verir. Həmin dairələr Azərbaycanın öz ərazisində separatçılara qarşı mübarizə aparmasını, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsini tam əks fonda dünyaya təqdim edirlər. Halbuki bütün bunlar BMT Nizamnaməsinə görə dövlətimizin müstəsna hüququdur. Biz öz gücümüzlə bütün bunlara qarşı müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, əsl həqiqətləri bundan sonra da dünyaya çatdıracağıq. Bu prosesdə beynəlxalq media ilə əməkdaşlıq vacib amildir. Əsas vəzifələrdən biri ondan ibarətdir ki, ölkəmizə qarşı böhtan kampaniyası aparan, Azərbaycanı dünyada nüfuzdan salmaq istəyən qüvvələrə qarşı informasiya müharibəsində daha da fəal olmalıyıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

