Bakı Zooloji Parkı 95 yaşında
14.12.2023 [11:33]
Artıq Bakının da dünya səviyyəli zooparkı var
Y.SAHİB
Bu gün Bakı şəhərində ilk zooparkın yaradılmasından 95 il ötür. 20-ci əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub. O dövrlərdə kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə isə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. Həmçinin 1928-ci ilin dekabrın 14-də Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətə başlayıb. Bu tarix heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.
Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb.
Hazırda Bakı Zooloji Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.
1995-ci ilə qədər Bakı zooparkında 60 növ və 200 baş heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.
Hazırda parkda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılmasını təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.
Qeyd edək ki, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. 2021-ci il oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.
Təxminən 4 il davam edən işlər nəticəsində Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yenidən qurulub. Parkın ərazisi də iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib.
Zooparkın əsas məqsədi ziyarətçilərin canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsidir. Hazırda buradakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18

