Sevincin COP29 kədəri...
11.12.2023 [11:14]
Redikül müxalifət və yalaq media məyus oldu…
Azərbaycanın beynəlxalq müstəvidəki rolu günü-gündən artmaqdadır. Ermənistan ilə münasibətlərin normallaşması prosesində müşahidə olunan son hadisələr, ikitərəfli danışıqlar formatının inkişaf etdirilməsi, hətta Ermənistanın Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləməsi yeni siyasi reallıqlardan xəbər verir. Nəzərə alınmalıdır ki, COP29 müasir dövrümüzün mühüm problemlərindən sayılan iqlim dəyişikliyinə həsr olunan yüksəksəviyyəli BMT zirvə toplantısıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı bu qlobal məsələnin dünya liderləri müstəvisində müzakirəsini təmin edir. Xatırladaq ki, dünyanın 180-dən çox ölkəsi tərəfindən dəstəklənən Çərçivə Konvensiyası, iqlim dəyişmələri problemi ilə əlaqədar ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilədir. Bu tədbirlər dünyada ən ciddi şəkildə yanaşılan, dünyanın aparıcı dövlətlərinin başçılarının iştirakı ilə keçirilən toplantılardan sayılır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı namizədliyinin irəli sürülməsi və bu namizədliyin dünyanın bir çox dövlətləri - həm Avropa, həm də Asiya regionu ölkələri tərəfindən artıq dəstəklənməsi olduqca ciddi və mühüm uğurdur.
Dövlətimizin bu uğuru isə hər zaman olduğu kimi redikül müxalifətin və yalaq "media"nın kədərinə səbəb olub. Məsələn, bu uğur erməni sevdalısı Sevinc Osmanqızını əməlli-başlı kədərə bürüyüb. O, internet kanalında Azərbaycanın COP29 uğuruna "həsr etdiyi" verilişdə kədərli şəkildə bu tədbirin BMT zirvəsi olduğunu etiraf edir və Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini qəbul edə bilmədiyini açıq şəkildə biruzə verir. Sitat: "COP29-un Bakıda keçirilməsi yəqin ki. həm də Ceyms Obraynla müzakirə olunub və mən düşünürəm ki, BMT Zirvəsinin Bakıya gətirilməsinin arxasında həm də ABŞ dayanıb… Əlbəttə ki, COP29 belə deyək, yaxşı tədbirdir. BMT zirvəsidir. Buraya dövlət rəhbərləri, BMT rəhbərləri gələcək. Yəni… belə deyək, razılaşmaq olar ki, bir imic, reytinq məsələsidir"…
Sevincin bu ifadələri söyləyərkən kədəri nəinki dilindən, hətta gözündən belə oxunur. Azərbaycanın dünyanın aparıcı gücləri ilə bərabərtərəfli münasibətlərini həzm edə bilməyən, BMT Zirvəsinin Bakıda keçirilməsini "ağlına sığışdırmayan" Osmanqızı və onun kimiləri növbəti dəfə əsl kimliklərini nümayiş etdirirlər. Maraqlıdır ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsini ermənilər belə dəstəkləyir – Sevinc Osmanqızı kimiləri və redikül müxalifət isə bir daha ermənidən betər olduqlarını ortaya qoyurlar. Ermənilər artıq prosesləri real şəkildə dərk edib, dəyərləndirirlər – redikül müxalifət və yalaq media isə kor tutduğunu buraxmadığı kimi özünün xain yolunun səhv olduğunu etiraf etmək istəmir.
Osmanqızı növbəti dəfə bir reallığı etiraf etmək məcburiyyətində qalır – Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət beynəlxalq aləmlə real və bərabərsəviyyəli əlaqələrin günü-gündən güclənməsini təmin edir. Qələbələrimizin də əsasında məhz bu amil dayanır – milli maraqlara istinad. Redikül müxalifətin və osmanqızıların bunu dərk etməsi mümkün deyil – onlar üçün bir maraq var, o da korporativ – yalaq təminat…
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09

