/ / Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycanın beynəlxalq nüfuzunun və strateji rolunun növbəti təsdiqidir
Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycanın beynəlxalq nüfuzunun və strateji rolunun növbəti təsdiqidir
07.07.2026 [10:21]
Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri təkcə diplomatik təqvimdə növbəti yüksək səviyyəli görüş kimi deyil, həm də ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Son aylarda Avropa İttifaqının əsas institutlarının rəhbərlərinin ardıcıl şəkildə Bakıya səfər etməsi göstərir ki, Azərbaycan artıq regionun deyil, bütövlükdə Avrasiya məkanının ən etibarlı və strateji tərəfdaşlarından biri kimi qəbul olunur.
Bu gün Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. İkitərəfli münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəflər arasında siyasi dialoq, nəqliyyat, logistika, yaşıl enerji, regional təhlükəsizlik və iqtisadi inteqrasiya kimi istiqamətlər üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Əlbəttə ki, enerji sahəsi münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Prezident İlham Əliyevin uzaqgörən enerji strategiyası nəticəsində Azərbaycan uzun illər ərzində özünü Avropanın etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Bu gün Azərbaycan təbii qazı Avropa İttifaqının on üzv dövlətinə ixrac olunur, Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib. Xüsusilə son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da artıb.
Bununla yanaşı, ölkəmiz artıq yalnız enerji ixracatçısı deyil. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı indiki geosiyasi şəraitdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən infrastruktur layihələri Avrasiyanın iqtisadi xəritəsini yenidən formalaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu infrastrukturu və tranzit imkanları ölkəmizi qlobal ticarət zəncirinin ayrılmaz həlqəsinə çevirib.
Azərbaycan eyni zamanda bərpa olunan enerji sahəsində də yeni strateji mərhələyə daxil olur. Xarici və yerli investorlarla imzalanmış müqavilələr nəticəsində yaxın illərdə ölkədə təxminən 8 giqavat həcmində günəş və külək enerjisi istehsalı planlaşdırılır. Xəzər dənizinin külək potensialı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, həmçinin Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisinin ixracını nəzərdə tutan layihələr Azərbaycanın gələcəyin enerji təhlükəsizliyində də mühüm rol oynayacağını göstərir.
Səfərin mühüm məqamlarından biri regional təhlükəsizlik və Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müzakirələr oldu. Məhz Azərbaycanın təşəbbüsləri nəticəsində regionda yeni siyasi reallıq formalaşıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın məqsədi təkcə sülh sənədinin imzalanması deyil, uzunmüddətli, dayanıqlı və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin yaradılmasıdır.
Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra regionun gələcəyini müəyyən edən əsas təşəbbüslər məhz Bakıdan irəli sürülür. Nəqliyyat marşrutlarının inkişafı, iqtisadi inteqrasiya, humanitar əməkdaşlıq və regional bağlantılar Azərbaycanın təqdim etdiyi inkişaf modelinin əsas istiqamətlərini təşkil edir. Bu isə ölkəmizin regionda konstruktiv gündəliyi müəyyən edən əsas aktor olduğunu bir daha təsdiqləyir.
Son illərin ən mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq arenada artan nüfuzudur. Əgər əvvəllər ölkəmiz daha çox enerji resursları ilə tanınırdısa, bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və qlobal proseslərə təsir göstərən güclü dövlət kimi qəbul edilir. Beynəlxalq platformalarda Azərbaycanın mövqeyi diqqətlə izlənilir, qəbul etdiyi qərarlar isə regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu uğurların əsasında Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti dayanır. Məhz onun rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərə nail oldu, dövlət suverenliyini tam təmin etdi, iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi və dünyanın etibarlı tərəfdaşlarından birinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, mövqeyi ilə hesablaşılan nüfuzlu dövlət kimi çıxış edir.
Ursula fon der Lyayenin Bakıya səfəri bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycanı regionun əsas tərəfdaşı, enerji və nəqliyyat təhlükəsizliyinin etibarlı təminatçısı, eyni zamanda Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesinin aparıcı iştirakçısı kimi qiymətləndirir.
Bu gün Azərbaycan güclü dövlətdir. Müstəqil qərarlar qəbul edən, milli maraqlarını prinsipial şəkildə qoruyan və regionun gələcəyinin formalaşmasında həlledici söz sahibi olan ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirərək ölkəmizin regional lider və qlobal tərəfdaş kimi mövqeyini hər keçən gün daha da gücləndirir.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25

