Ürək transplantasiyası
06.12.2023 [11:21]
Şərait var, donor yox...
Yeganə BAYRAMOVA
Noyabrın 20-də Türkiyənin İsparta bölgəsində keçirdiyi qəzadan 4 gün sonra dünyasını dəyişən 24 yaşlı boksçu Gökhan Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb. 24 yaşlı Fərid Əzimlinin əməliyyatı Türkiyədə gerçəkləşib. Fəridin hazırda özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edilib ki, sürücü idarəetməni itirib və maşın 3 dəfə aşıb, ağaca çırpılıb. Maşında sıxışan Gökhan Kaynar orada xilas edilib. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, Gökhanın beyin ölümü noyabrın 24-də baş verib. Onun atası, boks üzrə məşqçi Enes Kaynar və həyat yoldaşı Hüsniyə oğullarının orqanlarını bağışlayıblar.
Həmin vaxt ürəyin Azərbaycan əsilli şair, Akdeniz Universitetinin sosiologiya fakültəsinin üçüncü kurs tələbəsi Fərid Əzimliyə uyğun olduğu müəyyən edilib. 6 ildir ki, ürək dəstəkləyici cihazla yaşayan Fərid əməliyyat olunub və boksçunun ürəyi ona köçürülüb.
İlk ürək transplantasiyası
Dünyada ilk ürək transplantasiyası 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda, cərrah Kristian Barnard tərəfindən həyata keçirilib. Əməliyyat prosesində ürək çatışmazlığından əziyyət çəkən 53 yaşlı Lüis Vaşkanskiyə avtomobil qəzasına düşən 25 yaşlı qadın Denis Darvalın ürəyi köçürülüb. Əməliyyat uğurlu keçsə də, L.Vaşkanski 18 gün sonra pnevmoniyadan həyatını itirib. Bununla belə, yaşadığı qısa müddətdə L.Vaşkanskinin ürəyi normal işləyib.
1970-ci illərdə ürək transplantasiyası sahəsində böyük uğurlar əldə olunub. Cərrah K.Barnardın da fəal iştirak etdiyi tədqiqatlarda yeni metodlar kəşf edilib. Həmin illərdə ürək köçürülən şəxslər əməliyyatdan sonra təqribən, 5 il yaşayıblar.
Ürək transplantasiyasının həyata keçirilməsi üçün...
Həkim-kardioloq Elşən Mehdiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda orqan transplantasiyası ilə bağlı qanunvericilik 1999-cu ildə təsdiq olunub. Onun sözlərinə görə, ölkəmizdə böyrək, qaraciyər köçürülmələri uğurla həyata keçirilir: “Ürək transplantasiyasının həyata keçirilməsi üçün meyitdən orqan köçürülməsinə ehtiyac var. Çünki cüt olan orqanlardan və ya hissəvi köçürülməsi mümkün olan orqanları - qaraciyər, böyrək kimi orqanları canlı donorlardan götürüb köçürə bilirik. Amma ürək və ya başqa tək olan orqanların köçürülməsi üçün beyin ölümü diaqnozu təsdiqlənmiş olan xəstələrə ehtiyacımız var”.
Donorlar xəstələrin 5 faizinə kifayət edir
Kardioloq qeyd edib ki, dünyada ürək transplantasiyasının müəyyən məhdudiyyətləri var. Burada ən başlıca məhdudiyyət donor sayının azlığıdır: “Bir statistikanı diqqətinizə çatdırmaq istərdim. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində də donorlar ürək transplantasiyası gözləyən xəstələrin sadəcə 5 faizinə kifayət edir. Çünki ancaq beyin ölümü olan xəstələrdən ürək köçürə bilərik. Ona görə də, ürək-damar cərrahiyyəsi, tibb elmi bunlara alternativlər axtarır və bu alternativlərdən ən önəmlisi də “süni ürək” köçürülməsi əməliyyatıdır”.
Beyin ölümü diaqnozu zamanında qoyulmalıdır
Həkimin sözlərinə görə, 10 ildən çoxdur ki, ölkəmizdə ürək transplantasiyasını həyata keçirmək üçün hər cür şərait var: “Yerli xəstəxanaların maddi-texniki şəraiti də, qanunvericilik də, həkimlərin səviyyəsi də buna tam imkan verir. Əməliyyatın bu illər ərzində ümumiyyətlə icra olunmamasının tək səbəbi donor problemidir. Qeyd etdiyim kimi, transplantasiyanı həyata keçirmək üçün beyin ölümü keçirən, lakin reanimasiya şəraitində ürəyi fəaliyyətdə olan insanın ürəyindən istifadə olunmalıdır. Lakin bu günə kimi doğması beyin ölümü keçirən heç bir insan onun ürək və ya digər orqanlarının götürülməsinə icazə verməyib. Həkim tərəfindən beyin ölümü diaqnozu zamanında qoyulmalıdır. Bundan başqa, yaxını beyin ölümü keçirən şəxs əmin olmalıdır ki, doğmasının geri dönüşü yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

