Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

05.12.2023 [12:45]

Azərbaycanda dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-13° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31