Türk dünyası memarları Şuşada
25.11.2023 [15:08]
Yeganə BAYRAMOVA
Qarabağda, ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrdə tikinti, quruculuq və bərpa işləri gündən-günə yeni vüsət alır. Bütün bu işlər dövlət başçısının şəxsi nəzarətində olduğundan bu yerlərə tez-tez səfər edir, görülən işlərlə yaxından tanış olur, tapşırıq və tövsiyələrini verir. Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, “Qafqazın konservatoriyası” olub. Şəhərin ərazisi tarixi-memarlıq abidələri ilə zəngindir.
Rəsmi məlumata görə, Şuşada 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 72 tarixi abidə, həmçinin bir sıra dövlət xadimlərinin və tanınmış şəxsiyyətlərin mülkləri, ev-müzeyləri var. Ermənistanın Azərbaycana qarşı apardığı 30 illik işağalçılıq siyasəti nəticəsində buradakı tarixi-mədəniyyət abidələri yerlə yeksan edilib. Lakin bu gün ölkə başçısının göstərişi ilə ermənilər tərəfindən dağıdılan tarixi-memarlıq abidələrimiz bərpa edilir.
6 ölkənin memarları Şuşada…
Bu günlərdə Şuşada Türk dünyası memarlarının simpoziumu keçirilir. Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar iştirak edir. Onlar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
Tədbirin rəsmi açılış mərasimi torpaqların azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı qısa video nümayiş etdirildi.
Rəsmi çıxışlardan sonra iştirakçı ölkələrin hər birinin memarlığını, tarixi abidələrini, mədəniyyətini özündə əks etdirən videolar nümayiş olundu. Daha sonra panel müzakirələrə start verildi.
Qeyd edək ki, simpozium iki gün davam edəcək. Tədbirdə “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

