Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı metrosunda dəyişiklik...

Bakı metrosunda dəyişiklik...

15.08.2026 [15:40]

Sərnişinləri nə gözləyir?

Bu gündən metroda yeni mərhələ başlayır. “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” və digər stansiyalardan gələn sərnişinlər artıq birbaşa “28 May” stansiyasına gedə bilməyəcəklər. Qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək.

“Nizami”dən sonra “28 May” istiqamətində hərəkət etmək istəyən sərnişinlər alternativ nəqliyyatdan istifadə etməli və ya mövcud keçid imkanlarından yararlanmalıdırlar. Qeyd edək ki, dəyişiklik Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə nəticəsində xətlərin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları isə xətlər arasında əsas keçid məntəqələri olacaq.

Təbii ki, xətlərin ayrılması gündəlik gediş-gəlişə təsir edəcək. Sərnişinlər artıq bəzi istiqamətlər üzrə başqa qaydada hərəkət etməli olacaqlar. Bu dəyişiklik ilk baxışda sadə görünə bilər. Amma hər gün metrodan istifadə edənlər üçün məsələ daha ciddidir. Çünki minlərlə insanın marşrutu dəyişəcək.

Bəs xətlərin ayrılması nə üçün vacibdir? Sərnişinləri hansı dəyişikliklər gözləyir? Keçidlər necə təşkil olunacaq? Metro istifadəçilərinin əsas sualları da bunlardır.

Mütəxəssislərin fikrincə, xətlərin ayrılması hərəkətin daha stabil təşkilinə imkan verə bilər. Qatarların intervalının azalması da əsas gözləntilərdəndir. Amma dəyişikliklərin ilk günləri asan keçməyə bilər. Sərnişinlərin yeni marşrutlara uyğunlaşması vaxt aparacaq.

Ən çox qarışdırılan məqam...

“Xətt ayrılır” ifadəsi metro xəttinin bağlanması demək deyil. Bu, xəttin müəyyən hissədən sonra müxtəlif istiqamətlər üzrə davam etməsi ilə bağlı ola bilər. Belə ki, metroda bir neçə saniyəlik diqqət bəzən uzun bir yolun səhv istiqamətdə getməsinin qarşısını alır.

Sərnişinlər nə etməlidir?

Belə hallarda ən vacib məqam qatarın üzərində və stansiyadakı elektron lövhələrdə göstərilən istiqamətə diqqət etməkdir. Çünki eyni xətt üzrə hərəkət edən qatarların son dayanacağı fərqli ola bilər. Məsələn, sərnişin müəyyən stansiyaya getmək istəyirsə, yalnız xəttin adına deyil, qatarın istiqamətinə və son stansiyasına da baxmalıdır. Əks halda başqa yola gedən qatara minmək mümkündür.

“Qırmızı xətt”də interval maksimum 2 dəqiqə olacaq

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Bakı Metropoliteni”ndə 2028-ci ildə yeni depo infrastrukturunun inşası başa çatdırılandan sonra “Qırmızı xətt” üzrə qatarlar arasında intervalın maksimum 2 dəqiqəyədək azaldılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu, Bakı metrosunda sərnişin sıxlığının azaldılması və dünya praktikasında böyük şəhərlər üçün vacib hesab olunan minimal intervalların təmin edilməsi baxımından mühüm mərhələ olacaq:

“2028-ci ildə “İçərişəhər” istiqamətində deponun inşası ilə bağlı nəzərdə olunan işlər başa çatdırılacaq və ondan sonra “Qırmızı xətt”də bütün dünya praktikasına və böyüyən şəhərlər üçün vacib olan ən minimal intervalların təmin edilməsi istiqamətində işlər yekunlaşdırılmış olacaq. Yəni minimal interval maksimum 2 dəqiqədən ibarət olacaq".

Həmin istiqamətdə maksimal interval 3 dəqiqəyə qədər olacaq

B.Məmmədov qeyd edib ki, gələcəkdə “Yaşıl xətt” üzrə də intervalın əhəmiyyətli dərəcədə azaldılması mümkün olacaq:

““Yaşıl xətt” üzrə “Xətai” stansiyasından sonra iki stansiya inşa edilərək depo infrastrukturu ilə təmin olunandan sonra həmin istiqamətdə maksimal interval 3 dəqiqəyə qədər olacaq”.

Bəxtiyar Məmmədov deyib ki, bu dəyişikliklər “Bakı Metropoliteni”nin qarşıdakı dövr üçün əsas prioritetlərindən biri olan sərnişinlərin tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək: “Bir sözlə, qarşıdakı dövrdə “Bakı Metropoliteni”nin əsas vəzifəsi sərnişinlərin tələbatı mənzərəsində intervalları və sıxlığı azaltmaqdır”.

QSC-nin rəsmisinin sözlərinə görə, dövlət proqramına uyğun olaraq 10 yeni stansiyanın inşası və xətlər arasında keçidlərin yaradılması nəticəsində Bakı metrosunun bütün xətlərinin bir-biri ilə inteqrasiyası tam təmin ediləcək:

“Şəhərin mərkəzindən ətrafına doğru sərnişinlərimizin hərəkəti baxımından yerin altında kifayət qədər istiqamətlər təşkil olunacaq. Yəni sərnişin özü seçim etməyə başlayacaq”.

O, vurğulayıb ki, bu, Bakıda nəqliyyatda rahatlığın artırılması baxımından mühüm layihələrdən birinə çevriləcək.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31