Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ” Zubirlə yollarını ayırıb

"Qarabağ” Zubirlə yollarını ayırıb

16.08.2026 [16:25]

"Qarabağ” Abdullah Zubirlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin yayında Ağdam klubuna keçən fransalı yarımmüdafiəçinin istəyi və onun klub qarşısında illərlə göstərdiyi xidmətlər nəzərə alınaraq müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Zubir "köhlən atlar"da keçirdiyi müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir "Qarabağ” ın heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31