Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim keçirilib

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim keçirilib

17.10.2023 [13:05]

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31