Laçın cənnətə çevriləcək
06.10.2023 [10:50]
Yollar sürətlə bərpa edilir
Hazırda işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr reallaşdırılır, tikinti-quruculuq işləri aparılır. Ermənilər tərəfindən işğal dövründə dağıdılıb viran qoyulan kəndlər, şəhərlər bərpa olunur. Yerli sakinlər öz ata-baba ocaqlarına qayıdırlar. Dövlət başçısı İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir.
Laçın rayonunun işğaldan azad olunmuş digər ərazilərlə birləşdirən bir neçə yol layihələrinin icra edilməsi, mürəkkəb relyefə malik olan ərazilərdə tunellərin tikilməsi, yeni yolların salınması son nəticədə regionda müəssisələr şəbəkəsinin yaradılmasına, əhalinin sıx şəkildə məskunlaşmasına əlavə stimul verəcək. Laçın şəhərinin intensiv bərpa edilməsi və yüksək texnologiyalar əsaslı müasir şəhərə çevrilməsi, ümumilikdə, Laçın rayonunun daha sürətlə bərpa olunmasına, iqtisadiyyat quruculuğunun gücləndirilməsinə müsbət təsir göstərəcək.
Yeri gəlmişkən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə icra edir. Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir.
Məlumata görə, yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb. Uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir. Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Laçının abadlaşdırılmasının strateji əhəmiyyəti
Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Laçın strateji əhəmiyyətə malik olan bir rayondur: “Həm də bu, Ermənistanla sərhəddə yerləşən bir yaşayış məskənidir. Ona görə də Laçının abadlaşdırılması, təhlükəsizliyinin təmin olunması çox vacibdir. Çox sevindiricidir ki, artıq ilk sakinlər Laçına köçürülüb. Burada artıq məktəb tikilib istifadəyə verilib, yeni beynəlxalq əhəmiyyətli hava limanı tikilməkdədir. Obyektlər yaşayış binaları inşa edilməkdədir. Laçına çəkilən yolların tez bir zamanda yekunlaşması əlbəttə ki, rayonun gələcək inkişafında böyük rol oynayacaq. Tarixən Laçın rayonu heyvandarlıq əkinçilik rayonu kimi tanınıb. Ancaq ölkə rəhbəri İlham Əliyevin xatırlatdığı kimi, həm də bu rayon çox böyük turizm potensialına malikdir.
Çünki çayları, meşələri, gölləri hər bir zaman bura çoxsaylı turistləri cəlb eləyə bilər. Ona görə də Laçının yenidən qurulmasına ölkə rəhbəri çox böyük əhəmiyyət verir və bir neçə dəfə Laçında olarkən xatırlatmışdı ki, Laçın rayonu respublikanın ən abad, ən inkişaf edən yaşayış məskənlərindən birinə çevriləcək. Laçınlılar bu gün öz ata baba torpaqlarına sevinclə qayıdırlar. Onlar qətiyyətlə bəyan edirlər ki, biz Laçını yenidən quracağıq. Sözsüz, bu, hər birimizin ürəyincədir və ölkədə keçirilən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə görülən tikinti, abadlıq, bərpa işləri hər birimizi sevindirir. Bu, ölkənin gələcəyi, iqtisadiyyatımızın yüksəlişi, insanların rifah halının yaxşılaşdırılması üçün çox önəmlidir. Prezident də bu sahədə əlindən gələni əsirgəmir. Yeni dövlət proqramlarının, yeni layihələrin həyata keçirilməsi göstərir ki, nəinki Laçın rayonu işğaldan azad olunmuş bütün ərazilər tikiləcək, qurulacaq və deyildiyi kimi cənnətə çevriləcək”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49

