Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

19.08.2026 [21:10]

Cari ilin ikinci rübündə Gürcüstan Dəmir Yolları ilə 425,8 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında əksini tapıb.

Bildirilir ki, eyni dövrdə sərnişin dövriyyəsinin həcmi 91,7 milyon sərnişin-kilometr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Hesabat dövründə yerli nəqliyyat rejimində 408,4 min sərnişin daşınıb ki, bu da dəmir yolu ilə daşınan ümumi sərnişin sayının 95,9 faizini təşkil edir və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azdır.

Beynəlxalq nəqliyyat rejimində isə 17,4 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,5 dəfə çoxdur. Beynəlxalq nəqliyyat rejimində daşınan sərnişinlərin 33,4 faizi Azərbaycandan, 21,4 faizi Ermənistandan, 33,7 faizi Azərbaycan istiqamətində, 11,5 faizi isə Ermənistan istiqamətində yola düşüb.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31