Dəqiqədə bir yük maşını plastik tullantı okeanlara tökülür…
16.09.2023 [09:19]
Hər il 23 milyon ton plastik çirkab okean sularına atılır
Dünyadakı oksigenin təxminən 80 faizini istehsal edən okeanlar bu gün çirkab içindədir. Hər gün insanlar nəzarətsiz şəkildə okeanlara tonlarla plastik (alış-veriş çantaları, plastik butulkalar və s.) tökürlər. Ümumdünya Təbiət Fondunun (WWF) hesabatına görə, hər il 19-23 milyon ton plastik çirkab sulara atılır. Hesabatda birdəfəlik plastiklərin dənizlərdəki çirklənmənin 60 faizini təşkil etdiyi ortaya çıxıb. Bu çirklənmə su heyvanlarının da həyatını təhlükə altına alır, hətta ölümünə səbəb olur.
MÜŞFİQƏ
Mütəxəssislərin fikrincə, bütün plastikləri okean və dənizlərdən təmizləmək üçün ən azı 20 il vaxt lazımdır. 2030-cu ilə qədər okeanların qorunması ilə bağlı müvafiq tədbirlər görülmədiyi təqdirdə dünya fəlakətlə qarşı-qarşıya qalacaq. Bu gün plastikdən ibarət zibil parkları planetin böyük bir hissəsini tutur. Beş böyük okeanın içində nəzarətsiz şəkildə fırlanan plastiklər min il də keçsə, deqradasiyaya uğramayacaq, yəni məhv olmayacaq.
Qeyd edək ki, son 50 ildə plastik istehsalı 50 dəfə artaraq 15 milyon tondan 311 milyon tona çatıb. Yeni Plastik Sənayesinin hesabatına görə, 2050-ci ilə qədər bu rəqəmin 1,1 milyard tona yüksələcəyi gözlənilir. Ehtimala görə, hazırda okeanlarda 150 milyon ton plastik var. Bu artım nəzarət altına alınmasa, okeanlarda balıqdan daha çox plastik olacaq. Bu mövzunu araşdırarkən mədəsindən plastiklər çıxan dəniz canlısının, boynuna neylon kəndir dolanmış dəniz tısbağasının görüntülərini ürək ağrısı ilə izləyirsən. Təəssüf ki, bu heyvanların dərdində hamımızın payı var.
Bir sözlə, plastik, neft məhsulları və tullantı suları ilə birlikdə okeanların çirklənməsinin qlobal problemlərindən biridir və “The Ocean CleanUp” layihəsi dünya okeanlarını plastikdən təmizləmək üçün bu günə qədər həyata keçirilən ən böyük proqramdır. Okean suları ilə yanaşı, “The Ocean CleanUp” çayların təmizlənməsi proqramında da iştirak edir. Layihə 2013-cü ildə holland tələbə tərəfindən yaradılıb. Okeanların təmizlənməsi üçün 600 metr uzunluğunda üzən boru yerləşdirib. Belə ki, U formalı şəbəkələr zibilləri udur və içəridə saxlayır. Şirkətin 22 yaşlı sahibi Boyan Slatın iddiasına görə, qurğu yaxın 5 il ərzində tullantıların 50 faizini təmizləmək gücünə malikdir. Bu torlara yığılan plastik tullantılar təkrar emal üçün toplanılacaq. Bu günə qədər layihəyə 30 milyon dollar sərmayə qoyulub. Gündəmdə, ilk növbədə, Sakit Okeanın bir ildən artıqdır mövcud olan və hər il böyüyən zibillikdən təmizlənməsi durur.
Digər bir təşəbbüs isə “Seabin Project”dən gəlib. Okeanın çirklənməsinin qarşısını almaq üçün şirkət sahibkarları elektrik nasosu və filtrdən ibarət üzən zibil qutularını liman və marinalara yerləşdirməyi planlaşdırır.Yerləşdiriləcək hər bir üzən zibil qutusuna gündə orta hesabla 1,5 kiloqram zibil yığılması nəzərdə tutulur. Dəniz səthindəki neft isə zibil qabının altındakı su anbarına yığılır.
“Recycling Technologies” isə okeanlardan toplanan bütün plastikləri xammala çevirməyi vəd edir. Belə ki, plastikləri aşağı kükürdlü yağ, yanacaq, plastik xammal və Plaxx adlandırdıqları parafinə çevirə bilən startap yaradılıb. Layihəyə 3,7 milyon funt sterlinq sərmayə qoyulub.
“5 Gyres Institute” nin əsas məqsədi isə çirklənməni mənbəyindən həll etməkdir. Bu məqsədlə də okeanlardan toplanan plastiklərin istifadəsinə qadağa qoyulması ilə bağlı kampaniyalar aparıblar və ABŞ-da buna nail olublar. Şirkətin qurucusu Markus Eriksenin dediyi kimi, “Okenaları təmizləməklə problemi kökündən həll etmiş olmuruq. Dənizləri təmizləməklə gələcəkdə problemin təkrarlanmasının qarşısını ala bilməzsiniz. Önəmli olan mənbəni kəsməkdir”.
Daha bir uğurlu təklif isə Cənubi Koreyalı Sung Jin Chodan gəlib. Onun kəşf etdiyi “Dənizçi” adlanır və sualtı göydələnə bənzəyir. Bu tozsoran vasitəsi ilə dənizdən zibil toplanılır və təkrar emal edilir. İdeya ona nüfuzlu Volo Göydələn Müsabiqəsinin dizayn müsabiqəsində Fəxri Mention qazandırıb.
Yapon elm adamları isə palstikləri yeyən bakteriyalar kəşf ediblər. Bildirilib ki, ixtira hər il 50 milyon tondan çox tullantıların azaldılmasına kömək edə bilər.
Şübhəsiz, qeyd olunan təşəbbüslərin hər biri mahiyyətcə dünyanı qlobal bəladan qorumaq məqsədi daşıyır. Məşhur deyimə görə, ən böyük problemlər, əslində ən böyük iş imkanları deməkdir. Görünür, xarici şirkət sahibləri bunu yaxşı dərk edirlər.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36

