Ağdamdan dünyaya...
05.09.2023 [10:47]
İƏT nümayəndə heyəti Qafqazın Xirosimasında
Daimi yerləşdirilmə mümkündür?
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Onlar Ağdamda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparıblar. Nümayəndə heyəti həmçinin dövlətimiz tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrimizin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması və hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Ombudsman aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Ağdamdakı Qiyaslı məzarlığında olublar. Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbirlər vandalizimə məruz qalıb. Məzar daşlarını isə söküb aparıblar. Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar. Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması, əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib. Qeyd edilib ki, Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar tamamilə dağıdılaraq məhv edilib.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ağdama səfərləri zamanı, Ağdam şəhidlər xiyabanında da olublar. Qonaqlara bildirilib ki, burada Ağdamın işğala qədərki dövrdə yüzlərlə soydaşımız dəfn edilib. Məzarlıqda təkcə Ağdamın deyil, digər rayonlardan da erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız dəfn edilib. İşğaldan sonra isə məzarlıq tamamilə dağıdılıb. Məzarlar açılaraq insanların sümük qalıqları yox edilib. Məlumat zamanı qonaqların diqqətinə o da çatdırılıb ki, Ağdam şəhidlər xiyabanında olan məzarlar yaxınları tərəfindən o zamana aid olan foto və videolardan dəqiqləşdirilməklə bərpa edilib.
Qonaqlar səfərlərinin sonunda əsaslı təmir olunan Ağdam cümə məscidinə də baş çəkiblər. Onlara bildirilib ki, Ağdam cümə məscidi işğal dönəmində ermənilərin vəhşiliyinə məruz qalan dini abidələrdən olub. Burada da digər yerlərdə olduğu kimi, ermənilər donuz saxlayıb, məscidin divarlarını yararsız hala salıblar. Azərbaycanın beynəlxalq qurumlara müraciətindən sonra, Ağdam cümə məscidi tamamilə məhv edilməkdən qurtarılıb. İƏT MDİHK nümayəndə heyətinin üzvləri burada gördükləri faktlarla bağlı beynəlxalq nüfuzlu təşkilatlar qarşısında öz hesabatlarında yer verəcəklərini bildiriblər.
Səfərin mahiyyəti
Məlum səfərin əhəmiyyəti barədə “Yeni Azərbaycan”a danışan Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin torpaqlar dünyanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, yalnız Ağdam deyil, azad olunan digər bölgələrimiz də artıq beynəlxalq təşkilatlara, tədbirlərə ev sahibliyi edir, o cümlədən orada böyük quruculuq və abadlıq işləri gedir: “Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı (Aİ) Ermənistana missiya göndərməklə ikili standartlardan çıxış edir. Bu ikili standartlar Azərbaycana qarşı qərəzli mövqedən xəbər verir. Təbii ki, bu yaxınlarda İƏT nümayəndə heyətinin Ağdama səfər etməsinin özü dünyaya bir mesajdır. Məlumdur ki, Aİ xristian ölkələrindən ibarət olan birlikdir. Həmin birlikdə ancaq xristian ölkələrinin haqları qorunur. 30 ilə yaxın müddətdə Azərbaycanın səsini heç bir beynəlxalq təşkilat duymadı. Lakin bu gün Azərbaycanın torpaqları işğaldan azaddır. Əzəli torpaqlarımızda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir”.
İƏT-in dünyaya əzələ nümayişi...
T.Allahverdilinin fikrincə, İƏT-in Qarabağda, Ağdamda daimi yerləşdirilməsi tələb oluna bilər: “Bu, mümkündür və Azərbaycanın suveren hüququdur. Yalnız İƏT deyil, eyni zamanda Türk Dövlətləri Birliyinin, Qoşulmama Hərəkatı nümayəndələrinin orada yerləşməsi tələb oluna bilər. Qarabağdakı məscidlərimiz, dini abidələrimiz separatçı rejim tərəfindən dağıdılıb, yerlə-yeksan edilib. 30 ilə yaxın dövrdə müqəddəs ibadətgahlarımız təhqir olunub, dini inanclarımız ayaqlar altına alınıb. Lakin Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdikdən sonra bu gün Ağdamda azan oxunur, namaz qılınır, məscidlər tikilir, ibadət evləri bərpa olunur. Bu işlər azad olunan digər bölgələrimizdə də davam etdirilir. Şuşada oxunan azan səsi Xankəndidən eşidilir. Bu, artıq bir müjdədir və həmin torpaqların sahibinin gələcəkdə necə azad bir cəmiyyətə inteqrasiya olacağının göstəricisidir. Bizim heç kimlə işimiz yoxdur. Aİ gəlib ölkəmizə qarşı əsassız fikir səsləndirirsə, təbii ki bu zaman lazım olan cavab? verməliyik. Fikrimcə, İƏT-in nümayəndə heyətinin Ağdama səfəri mütləq şəkildə mediamızda geniş işıqlandırılmalıdır. Bu qurumun Ağdam və azad olunan digər ərazilərimizdə daimi nümayəndəlikləri olmalıdır. Yalnız İƏT yox, Türk dövlətləri də bu məsələdə adekvat rol oynamalıdır. Məlum səfər böyük hadisədir və azad olunmuş torpaqlarımızın Azərbaycana aid olduğunun düşmənə və bizə qarşı olanlara isbatıdır. Belə bir səfərin indiki həssas məqamda olmasının özü İƏT-in dünyaya əzələ nümayişidir!”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

